“Anamın qırxı çıxmadan qardaşımla gəlinimiz utanmadan toyda qol qaldırıb oynayırlar…”

“Bir il yarım idi ki, zatən məni anasız qoymuşdular, amma hardasa rahat idim ki, o məndən uzaq olsa da heç olmasa sağ-salamatdır, yaşayır. Öz-özümə deyirdim ki, eybi yoxdur, qoy mənimlə yaşamasın, başqa övladı ilə qalsın, amma uzaqda da olsa nəfəsi gedib-gəlsin. Bu mənim üçün böyük təsəlli idi. Hansı bir övlad düşünür ki, nə vaxtsa anasız qala bilər?! Hər kəs fikirləşir ki, anaları ölməzdir, bir ömür boyu yaşayacaq. Burada deyirlər ki, sən saydığını say, gör fələk nə sayır?!”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra əlavə edib.

 

“Heç bir peşmanlıq hissim yoxdur. Çünki anam qərar verib, özü məndən uzaqlaşdı. Ona heç vaxt pislik etməmişəm. Anam məni məhkəməyə verəndə, çalışırdım ki, getməyim, nə istəyirsə qoy etsin. Qanunsuzluq baş verəndə də dedim ki, qoy hər şey ürəyi istədiyi kimi olsun. Kimlərin vasitəsilə məndən uzaqlaşıbsa bunu da çox gözəl bilirəm. Anam mənim atasız böyütdüyüm övladımın boğazından kəsib, onlara yedirtdi. Nə qardaşımın anasının, nə də ki, gəlinin qaynanasının, yəni anamın 40-ı çıxmayıb, utanmadan artıq toyda qol-qanad qaldırıb oynayırlar. İndi deyərlər ki, sən də verilişlərə çıxırsan da. Mən heç bir əyləncəli verilişə çıxmıram, sırf sosial verilişlərdə ekspert qismində qonaq oluram. Anamın 40-na qədər heç bir əyləncəli verilişdə iştiak etməyəcəyəm. İnsanlar hər bir şeydən qaça bilərlər, amma Allahın məhkəməsindən heç bir kəs boyun qaçıra bilməz. O ən dürüst, təmiz məhkəmədir. Anamı məndən ayıranları Allahın məhkəməsinə həvalə edirəm. Anam rəhmətə gedəndə mənə xəbər belə vermədilər. Bunu düşmən düşmənə etməzdi. Mənə tam başqa bir insanlar zəng edib baş sağlığı verəndə özüm də stress, şok yaşadım. Nə olursa-olsun ən azından mənə xəbər vermək lazım idi. O insanlar Allahın qarşısında nə cavab verəcəksə mən bilmirəm” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button