“Burdan daha Dostoyevski, Tolstoy, Çaykovski kimi düha sahiblərinin çıxacağını gözləməyin…”

“Məncə, bu müharibə Rusiya üçün rüsvayçılıqla bitəcək və uzun da çəkməyəcək. Əgər bu gün Ukrayna ordusu rusları vurub tutduqları qəsəbədən çıxarırlarsa, 55 nəfər rusu öldürərlərsə, ümumiyyətlə, Rusiya ordusunda həlak olanların sayı yüzlərlədirsə, 6 qırıcı təyyarə, 3 hərbi helikopter, ən azı 10-15 ədəd tank vurulubsa, qalanlarını da Ukrayna ordusu bir-bir vurub, sıradan çıxaracaq. Ukrayna ordusunda çox mükəmməl silahlar var. Bütün bunlar Ukrayna ordusunun mənəvi gücünü artırır, onları ilhamlandırır”

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya-Ukrayna müharibəsi haqda danışarkən deyib. Politoloq bildirib ki, bu gün müharibəyə görə dünya ölkələri də narahatdır: 

 

“Bununla yanaşı, dünya da bu saat ayaq üstədir, stress içindədir. Dünya heç Hitlerin dövründə belə şey görməyib ki, saat 6-da hücum edib, mülki əhalini qırmağa çalışasan. Dünyanın hiddətinin həddi-hüdudu yoxdur. Üstəlik də Rusiyanın özünün içində ən azı 15 şəhərində mitinq təyin olunub. Dünən bir yazı oxudum. Orda deyilir ki, “Artıq Rusiya yoxdur. Rusiya adına onu idarə edən bir dəstə mafiyoz və quldur dəstəsi var. Bu quldur dəstəsinin himayəsi altında isə məhv olan rus xalqı var. Artıq bu xalqın imici dünyanın ən aşağı imicinə çevrilib. Burdan daha Dostoyevski, Lev Tolstoy, Çaykovski kimi düha sahiblərinin çıxacağını gözləməyin. Bu xalqın içindən çıxanların dünya sivilizasiyana köməyi olmayacaq qənaəti məhkəmlənməkdədir. Rusiya məhv olur…”. İndi doğrudan da belədir. Bayden özü dedi ki, “ölən insanların hər bir məsuliyyəti Putinin üzərinə düşür”. Artıq Rusiya oliqarxları da 50 milyard dollara qədər pul itirib, rubl  ucuzlaşıb. Bunu proqnzaşdırmaq lazım idi, dəli-divanəliklə deyil ki. Ukrayna xalqının faciələrinə ürəkdən acıyırıq, amma bu həm də Rusiyanın çöküşünü sürətləndirdi və yəqin ki, çöküşünü də başa çatdıracaq”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button