“Mən vəkil ola bilərəm, amma sən gəlib obrazımın bir cümləsini deyə bilməzsən…”

“Şəfiqə Nağıyeva emosional qadındır, aqressiv olduğunu qəbul etmir. Amma olmaz, bura kanaldır, bizi milyonlar izləyir. Mən də həmin verilişdə ekspertəm, sən də. Hər dəfə danışanda sözümü kəsir. O dəfə ona bildirdim ki, xahiş edirəm mən danışanda sözümü kəsmə. Sənin fikrin ayrıdır, mənim fikrim ayrı. Ona sayğı göstərirdim, artıq necə olacaqsa, mən də ona qarşı elə münasibət göstərəcəyəm. O mənə qarşı çox sayğısızlıq edir. Deyir ki, mən hüquqşünasam, vəkiləm. Mən də bu sənətə aid çoxlu kitablar oxumuşam. Hər bir insanın qanunları bilmək borcudur. Sən hüquqşünas ola bilərsən, mən də vəkil ola bilərəm. Rejissorlara müraciət edərəm və xahiş edərəm ki, bu cür obrazlar olanda mənə verin. Amma sən gəlib mənim obrazımın bir cümləsini deyə bilməzsən! Bizim böyük aktyorlarımız müstəntiq, prokuror obrazlarını oynayıblar. Mənə deyir ki, sən sənətdən danış! Anlamadım, onlar aktyor olmaq üçün ora gəliblər?! Qarşısındakını savadsız görmək istəyir?! Mən Kübrayam, sözümü demiş qadınam! Mənim oğlum Rauf məni yıxdı, digər övladlarıma, nəvələrimə çox gözəl nənəlik, analıq edirəm. Həmişə arzu edirəm ki, Allah mənə yetirsin və mən də insanlara yaxşılıq edirəm. Bu mənim ən böyük arzumdur, kiməsə yardım edəndə çox sevinirəm”.

 

Bunu əməkdar artist Kübra Əliyeva “Elgizlə izlə” verilişinin digər eksperti vəkil Şəfiqə Nağıyeva haqda danışarkən deyib.

Kübra Əliyeva Türkiyəyə gedəcəyini bildirib.

 

“Martın 30-da gedirəm Türkiyəyə. Biletimi artıq almışam. Müharibədən əvvəl gəlmişəm Azərbaycana. Müalicəyə getmirəm, şükür Allaha, o xəstəlikdən bir xəbər yoxdur. Çox qocalmışdım, əməliyyat yolu ilə dəyişmişəm. Siz bilirsiniz ki, mən bu həyatda nələr çəkmişəm! 17 yaşından oğlumu toparlaya bilmədim, bacarmadım! O cür gözəl insan, qabiliyyətli övlad yolunu azdı. “Bu dərd təkcə mənim üçün deyil axı” deyib təsəlli axtarıram” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button