“Baydenin açıqlaması göstərdi ki, ABŞ-ın Rusiya ilə hansısa gizli anlaşmaları ola bilər..”

Tanınmış politoloq Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında Ukrayna ətrafında yaranmış son durumu şərh edib:

“ABŞ prezidenti Baydenin Rusiyanın Uktaynaya hərbi müdaxilə ilə bağlı 15 dəqiqəlik çıxışını və bəzi suallara cavab verməsini dinləyərkən bu qənaətə gəldim ki, eynən 2008 -də Gürcüstanı bada verdiyi kimi Ukraynanı da qaza gətitib arxasında durmadı. O sanksiyalardan bəhs edərək onun bir ay yarımdan sonra nəticə verəcəyini, rus raketlərindən daha təsirli oıacağını söyləyərkən işğala məruz qalmış ölkənin taleyini düşünməkdən uzaq olduğunu gördük. İndi ayı ilə əli yalın adamın döyüşünü xatırladan Rusiya Ukrayna müharibəsində Qərbin və NATO-nun heç bir yardımını görmürük. Belə çıxır ki, ABŞ-ın çıxarları tamamilə başqadır. Nə üçün Putinə sanksiya tətbiq edilmir və yaxud Çinlə bağlı suallarına cavabdan qaçması da onu göstərir ki, ABŞ-ın Rusiya ilə hansısa gizli anlaşmaları ola bilər. Baydenin ola bilər ki, Ukraynanı güdaza verərək Çinlə bağlı müəyyən planlarını Rusiya ilə birlikdə həyata keçirmək niyyəti var. Ukraynaya Rusiyanın hərbi müdaxiləsinin qarşısını almaq üçün ABŞ-ın heç bir şey etmədiyi açıqdır və düşünməyə əsas verir ki, Rusiyanın Ukraynaya girməsi də ona heç bir divident gətirməyəcəyi bəlli idi. O zaman Rusiyanı nə vadar etdi ki, bu addımı atdı. Guya ki, Rusiya Ukraynanın NATO-ya girməsinin qarşısını alır? Gülməli siyasətdir… İndi nə olacaq? Rusiya prezidenti deyir ki, Ukraynanı işğal etmək niyyətləri yoxdur. O zaman ortaya  çoxlu suallar çıxır və bu məsələdə gerçəkdən gizli bir anlaşmanın olduğu  şübhələri doğrulanır. Allah Ukrayna xalqına yardım etsin…”

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button