“Wirtualna Polska” (Polşa): Putin “qırmızı xətti” keçib…

Avropada 1945-ci ildən bəri ən ciddi böhran yaşanmaqdadır, “Wirtualna Polska” yazır. Bu böhran təkcə Ukraynaya aid deyil, söhbət Sovet İttifaqının dağılmasından sonra yaranmış beynəlxalq status-kvonun dəyişilməsindən gedir. Putin “qırmızı xətti” keçib və o, qalib gələrsə, Avropada tamamilə yeni reallıq yaranacaq.

Moderator.az Şərq tədqiqatlar Mərkəzinin direktor müavini Voytsex Kokonçukla müsahibəni təqdim edir.

–  Biz bir çox illər ərzində Avropada müdaxilə və qoşunların səfərbər olunmasını müşahidə edirik. Bizim nəsil dünyanın bu hissəsində gerçək təhlükə hiss etmədən böyüyüb. Putinin hərəkətləri regionun təhlükəsizliyi baxımından nələri dəyişib?

– Bu hərəkətlər tamamilə hər şeyi dəyişib. Avropa qitəsində 1945- ci ildən bəri ən ciddi böhran yaranıb. Bu böhran təkcə Ukraynaya aid deyil, söhbət Sovet İttifaqının dağılmasından sonra yaranmış beynəlxalq status-kvonun dəyişilməsindən gedir. Putin qalib gəlsə, həm Ukrayna, hə də bütün Avropa tamamilə yeni reallıqla üzləşəcək.

– Müasir avropalıların bir neçə nəsli üçün müharibə uzaq və mücərrəd bir nəsnə olub. İndi budur, müharibə yanımızda baş verir.

– Mənə elə gəlir ki, polyaklar Avropanın digər bölgələrində yaşayanların keirdiyi emosiyaları keçirir. Lakin bizim emosiyalarımız daha güclüdür, çünki Polşa həm  Ukrayna ilə, həm də Rusiya ilə həmsərhəddir, bizim Rusiya dövləti ilə spesifik tarixi münasibətlərimiz var. Aparılan sorğular göstərir ki, müharibə qorxusu hər yerdə hiss edilir.

– Və insanlar bu qorxu içərisində yaşamağa öyrənməlidir?

– Rusiya “blits-kriq” (ildırımsürətli müharibə) etmək istəyir. Lakin Rusiya ordusundan dəfələrlə zəif olan Ukrayna ordusunu dağıtmaq kifayət deyil. Ukraynalıların mənəvi ruhu çox güclüdür, ona görə də Ukrayna işğal olunduğu təqdirdə rusiyalıları partizan müharibəsi gözləyir. Belə müharibələr, adətən, tez bitmir.

– Bu gündən avrolalılar qorxu içərinsində yaşayacaq?

– Avropa ölkələrinin NATO-nun üzvü olması onlara müəyyən təhlükəsizlik zəmanətləri verir. Güman edirəm ki, bu mərhələdə bizə heç bir təhlükə yoxdur, hərçənd, əlbəttə ki, Rusiya və Belarus tərəfdən sərhəddə təxribatları heç vaxt istisna etmək olmaz.

– Avropalılar və onların liderləri ayılıbmı?

– Bəli, Putinin Ukraynaya hücumu hamını silkələyib. Bir çox ölkələrin sakinləri və siyasətçiləri belə genişmiqyaslı müdaxiləyə inanmırdı. Bəziləri hesab edirdi ki, Putin Donbasdakı qondarma dövlətləri tanımaqla sakitləşəcək. Amma o, sakitləşmədi. Uçan raketlər, təyyarələr, partlayışılar, dağıdılan binalar və şəhərlər bir çox avropalıları və hamını şoka saldı. Rusiyaya qarşı dərhal misli görünməyən sanksiyalar tətbiq edilməlidir.

– Dünyanın diqqəti hazırda Rusiya və Ukraynaya yönələcək? Bu mövzu hamı üçün ən vacib mövzu olacaqmı?

– Heç şübbəsiz belə olacaq. İş həm də orasındadır ki, müharibə humanitar xarakterli problemlər yaradacaq. Ukraynalıların bir hissəsi heç olmasa müvəqqəti də olsa qonşu ölkələrə köçüb getməyə qərar verəcək. Polşa qarşısında bununla əlaqədar mürəkkəb məsələ dayanacaq. Problemlər təkcə bizə yox, Avropanın bir çox ölkələinə toxunacaq.

– Avropanın təhlükəsizlik arxitekturası necə dəyişəcək?

– Hər şey müharibənin nəticəsindən asılı olacaq, biz Putinə 1991-ci ildən sonra qurub-yatatdıqlarımızı dağıtmağa imkan verəcəyikmi? Bu müharibə təhlükəsizlik probleminə yanaşmanı dəyişəcək. Əvvəllər hərbi məqsədlərə həvəssiz pul xərcləyən dövlətlər öz yanaşmalarını dəyişəcək və öz məsrəflərini artıracaq.

–  Avropallar və bütün dünya bu gün Rusiyaya necə baxacaq?

– Putin “qırmızı xətti” keçib. O, zərərli insana çevrilib, ona daha əl uzatmaq da olmaz. Qərbi avropalılar indiyədək xülyaları və stereotiplərli rəhbər tuturdu: Rusiya, böyük mədəniyyət, balet… amma Putinin qılınc oynatması mənasız hesab edilirdi. İndi hər şey kökündən dəyişəcək. Avropalıların qavrayışında dönüş yaranacaq. Rusiyaya münasibət tamamilə dəyişəcək.

– Bu müharibə Avropada yeni nəsil təcrübəsini formalaşdıracaqmı?

– Ehtimal ki, formalaşdıracaq. Bu münaqişə avropalıların şüuruna çox böyük təsir göstərəcək.

Mixal Vrublevski

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button