Putin tarixin gedişini dəyişmək istəyir və Avropa müharibəsini alovlandıra bilər…

Vladimir Putin təkcə Ukrayna ilə savaşmır. O,  təkcə NATO bloku, onun Ukraynaya müdaxilə üçün bəhanə olan genişlənməsinə qarşı döyüşmür. Putin tarixin gedişini geriyə döndərmək uğrunda döyüşür.

Moderator.az xəbər verir ki, Kiyevin fəth edilməsi yalnız bir mərhələdir, elə Ukrayna hakimiyyətini devirmək də məqsəd yox, bir addımdır. 

Prezident Co Bayden iki gündə ikinci dəfə kəskin bəyanatla çıxış etmək məcburiyyətində qalıb.
Onun fevralın 22- dəki çıxışından belə görünür ki,  Bayden başa düşür ki, fevralın 24- də yenidən Amerika və bütün dünya qarşısında çıxış etməli olacaq.

Bayden bəyan edib ki, Moskva üçün bunun bədəli ağır olacaq və o, bir neçə gündən sonra əlavə sanksiyaların qüvvəyə minəcəyini elan etdi.

Bu mərhələdə Rusiyanın SWIFT sistemindən ayrılmasını istisna edib, amma Rusiya bankları və şirkətərinin maliyyə bazarlarına çıxışından imtina etməyi, dollara çıxışını məhdudlaşdırmağı və texnologiyaların Rusiyaya ixrac edilməsi ilə əlaqədar sanksiyaların tətbiq etməsini elan edib.

Effektiv sanksiyalar hərtərəfli olmalıdır, yəni ABŞ və onun müttəfiqlərini əhatə etməlidir. Kim bu sanksiyaları qiymətləndirə bilmirsə, görünür, Rusiyanın onsuz da kövrək iqtisadiyyatı üçün bunun sərt nəticələrini anlamır.

Putin özünü Rusiya tarixinin qəhrəmanı kimi görür və tarixdə yer almaq üçün Qərb demokratiyasına qarşı savaşır. O, Sovet İttifaqını bərpa etmək istəmir, indiki bədbəxt, Qərb tərəfindən alçaldılmış Rusiyaya imperiya Rusiyasının tacını qaytarmağa cəhd edir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button