Rusiyanın əsir götürülən əsgərləri: “Ruhdan düşmüşdük, heç kim döyüşmək istəmirdi, bizə gülllələməklə hədə-qorxu gəlirdilər”

Fevralın 27-də səhər Rusiyanın “Tiqr” yüngül zirehli maşınları Xarkov şəhərinin mərkəzində peyda olub. Ukraynanın Silahlı Qüvvələri onların qarşısını kəsərək, yandırıb və bir neçə hərbi qulluqçusunu əsir götürüb.

Twitterdə yerləşdirilən vieogörüntülərdə beş Rusiya hərbçisi – dörd çağırışçı və bir rezervistin sorğu-sual edilməsi göstərilib.

Əsir götürülənlər deyib ki, komandanlıq onları aldadıb, onlar əvvəlcə hərbi əməliyyat keçiriləcəyini bilməyib. Bölmələr təlimə göndərilib, nəticədə Ukrayna ərazisində olduğunu anlayıb.

“Əvvəlcə bizə dedilər ki, təlimə gəlmisiniz,- əsirlərdən biri danışıb.- Nəticədə bizi ön cəbhəyə göndərdilər, insanlar ruhdan düşüb, heç kim getmək istəmirdi. Amma dedilər ki, xalq düşməni olacaqsınız, həm də hərbi dövr olduğuna görə güllələnə bilərsiniz. Və bizi “top yemi”nə atdılar. Hərçənd, insanların çoxu bu müharibəni istəmir. Hamı evinə dönmək istəyir, sadəcə, sülh istəyir”.

In #Kharkiv, volunteers and the #Ukrainian Armed Forces are fighting the occupants hiding in a school. pic.twitter.com/oGDJSa7brt

 

 

Texnikası məhv edilən Rusiya hərbçiləri yaxınlıqdakı məktəbdə gizlənib, silahlı müqavimət göstərib və sonda əsir düşüblər.

Rusiyalıların Xarkov küçələrində peyda olması səhər tezdən çaxnaşma yaradıb. Vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov şəhər sakinlərini sakitliyə dəvət edib. Tezliklə Rusiya hərbi maşın karvanının neytrallaşdırılması barədə məlumat yayılıb.

“Detaly”, İsrail

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button