“Nanə o hərəkəti ilə məni göylərə qaldırdı, ömrümə ömür caladı”

“Əlibaba Məmmədovun ölümü incəsənətimiz üçün böyük itkidir. Gözəl insan, şəxsiyyət olmaqla yanaşı həm də muğamlarımızın bilicisi idi. Ömründə pisə pis deməzdi, yenə də yaxşı deyib, o şəxsin könlünü alırdı. Mahnıları bu gün də dillərdə əzbərdir. Allah ona rəhmət etsin. Çox təəssüflənirəm, əlim də çatmadı, gedə də bilmədim ki, dəfndə iştirak edim. Bilmədim ki, kimə zəng edim, baş sağlığı verim. Bir adam tapmadım. Moderator.az vasitəsilə qızına, ailəsinə, sevənlərinə və sənət yoldaşlarına baş sağlığı verirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Babayev bildirib. O daha sonra əlavə edib.

“Mənim də başım öz xəstəliyimə qarışmışdı. Bir neçə dəfə ona zəng etsəm də telefonu götürmürdü. Nəhayət, 1 ay olar ki, zəng edib onunla danışdım. Halını, səhhətini xəbər aldım. Dedi ki, Arif ayaqlarım tutulub, yeriyə bilmirəm, yaxşı deyiləm. Əlibabanı dünyalar qədər çox istəyirdim, hamımıza qiymət verirdi. Bir dəfə də olsun ki, ondan incik düşməmişdim. Hər zaman dost olmuşuq. 80 illik yubileyimdə Ağdama durub gəlmişdi. Gəlib iştirak edib, qayıtdı. Sağ olsun dövlətimiz, onu dəyərləndirib 1-ci fəxri xiyabanda dəfn etdi” deyə xanəndə bildirib.

 

Sənətkar daim jurnalistlərlə dostluq etdiyini vurğulayıb.

 

“Bu günlərdə Nanə Ağamalıyeva “Nanəli” verilişini mənim evimdə çəkdi. Hər zaman mən studiyaya gəlirdim, bu dəfə onlar mənim evimə gəldilər. Tələbələrim, sənət yoldaşlarım hamısı gəlmişdi. Sağ olsun ki, məni dəyərləndiriblər. 30 adam bəlkə də gəlmişdi. Bu gün də tarixə yazıldı. Nanə xanıma da öz təşəkkürümü bildirirəm, muğamımızı, biz sənətkarları yaşadır. Nanə xanım o hərəkəti ilə məni göylərə qaldırdı, ömrümə ömür caladı. Sənətkarlar adətən yaşa dolanda efirlərdən, mətbuatdan, jurnalistlərdən uzaqlaşırlar, amma məndə əksinədir. Jurnalistlər mənim çox istədiyim adamlardır, onlarla dostam. Onlar yazmasalar, tənqid, müəyyən çatışmazlıqlar olmasa daha nə oldu?!” deyə xanəndə bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button