“Nə Dudayevin, nə də Basayevin ruhu çeçenləri bağışlamayacaq…”

“Mən hələ 1992-ci il may ayının 13-də Azərbaycan Dövlət Televiziyasına müsahibəm zamanı dedim ki, Şuşada ruslarla döyüşürdüm, orda ermənilərlə qarşılaşmadım. Rusiya bütün dövlətlərin işinə müdaxilə edir və onları müstəqil yaşamağa imkan vermir. SSRİ dövlətindən ayrılan 14 respublikanın heç biri yenidən qayıdıb Rusiyayla birləşmək istəmir”

 

Bunu Moderator.az-a açıqlamasında Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov deyib. F.Səfərov Ukrayna ərazisinə daxil olan Rusiya qoşunlarının məğlub olacağını bildirib:

 

“Çox keçmişi demirəm, elə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda bu qətliamı törədən ruslarla ermənilər oldu. İndi Ukraynadakı müharibəni görürük. Tank yoldan keçən maşının üstünə çıxır və onun içində ana!-deyə qışqıran körpə uşağın çığırtısını eşidirik. Bu da onların hərbçilərinin xislətidir. Ukrayna savaşına indi Qarabağ savaşı kimi yanaşıram. Gecə-gündüz xəbərləri izləyirəm və dua edirəm ki, Ukrayna qalib gəlsin. Ukraynanın bu savaşda qalib gəlməsi SSRİ-dən ayrılan dövlətlərin hamısının azadlığı deməkdir. 

 

Əsir düşən Rusiya əsgərləri kimə qarşı döyüşdüklərini bilmədiklərini deyirlər. Təbii ki, bu da yalandır. Çeçenlərin isə bu müharibəyə qatılmasını qınayıram. Dudayevin və Basayevin ruhu onları tutsun. Çünki Rusiya onların kökünü kəsirdi. Çeçen xalqının dünyada yaratdığı bir mif var idi ki, çeçen əsl kişidir. O mifi indi bunlar ayaqlar altına atdı. Çeçenlər bunu yüz il də çalışsa, geri qaytara bilməyəcək”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button