Ukrayna Xarici İşlər naziri Rusiyanın BMT TŞ-dən çıxarılmasını tələb etdi…

 

“Rusiya BMT Təhlükəsizlik Şurasında qeyri-legitimdir…”- Ukrayna Xarici İşlər naziri

 

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba ölkəsinin Rusiyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü məsələsinə hüquqi cəhətdən hərtərəfli baxılmasını tələb etdiyini bildirib.

 

Moderator.az xəbər verir ki, “UNIAN” müxbirinin məlumatına görə, Kuleba bu barədə onlayn brifinq zamanı bildirib.

 

“Rusiya hədsiz dərəcədə, yumşaq desək, şübhəli şəraitdə özünü BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsündə tapıb. Onlar 30 ilə yaxındır ki, bu problemə göz yumaraq heç nə olmamış kimi davranırdılar. Baxmayaraq ki, biz əvvəllər də BMT Katibliyinə müvafiq suallar vermişdik ki, onlara necə icazə verilir, bütün bunlar necə baş verə bilər. Amma bizim xahişlərimizə məhəl qoyulmadı. Onlar bizim çiynimizə vurdular və dedilər ki, yaxşı, axı siz hər şeyi başa düşürsünüz… Artıq heç nə başa düşmürəm və biz Rusiya Federasiyasının hansı əsaslarla BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalması ilə bağlı hərtərəfli, qərəzsiz, hüquqi təhlil məsələsini qaldırırıq”, – deyə Kuleba bildirib. 

 

“Əminik ki, bu hüquqi təhlil aparıldıqda məlum olacaq ki, gəlin bu sözdən qorxmayaq, Rusiya BMT Təhlükəsizlik Şurasında qeyri-legitimdir. İndi hər şey BMT Katibliyinin hüquqşünaslarının vicdanlılığından asılıdır. Bu məsələni tam şəkildə araşdırmağa hazırıq”, – deyə Ukrayna naziri vurğulayıb. 

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button