“Mən rus xalqına səmimi qəlbdən arzulayıram ki, xaosa düçar olsunlar, ac-susuz qalsınlar”-VİDEO

 Moderator.az Ukraynanın tanınmış telejurnalisti Dmitri Qordonun “İndiki zaman” telekanalına müsahibəsini təqdim edir:

 

Aparıcı:

– Mən Sizin Belarus prezidenti Lukaşenko ilə müsahibənizi xatırlayıram. Demək olar ki, müsahibənin gedişində o, Sizi inandırmağa çalışırdı ki, Belarus heç vaxt Ukraynaya qarşı müharibəyə getməyəcək. Amma hal- hazırda biz ən azından Belarus

ərazisindən Ukraynaya doğru uçan raketləri görürük. Necə düşünürsüz, Lukaşenko nədən belə etdi?

 

Qordon:

– Lukaşenko yaramazdır, yalançıdır, Belarus prezidenti vəzifəsində legitim deyil. O, prezident deyil, çünki seçilməyib. Yüz minlərlə Belarus sakinləri insan etirar aksiyalarına çıxıb və bu etirazlar yatırılıb. Lukaşenko anlayır ki, vəzfədə qalmağın yeganə yolu Putinin süngüləri üzərində ola bilər. Onun üçüb vacib olan bir şey var- hakimiyətdə qalmaq. Putindən başqa bunu ona zəmanət verən kimsə yoxdur. Yerdə qalanlar onun üçün ikincidərəcəlidir. Heç bir vədlər özünü doğrultmur. Bir şey özünü doğruldur-  Putinə sədaqət.

 

Aparıcı:

– Belə düşünürəm ki, sizin o müsahibənizdə o qədər də kəskin suallar səslənmədi. Siz bu barədə öz mövqeyinizi bildirmədiyinizə görə peşiman deyilsiniz ki?

 

Qordon:

– Mən Lukaşenkonın yanına o zaman gəldim ki, Ukraynada ona ən böyük,  dəstək vardı, ukraynalıların 60 faizindən çoxu ona hörmətlə yanaşırdı. Bu elə bir insan idi ki, Putinə meydan oxuyurdu. Və ona demişdi ki, heç vaxt İttifaq dövlətinin yaranmasına razı olmayacaq. Həm də özünü Ukraynaya münasibətdə yaxşı tərəfdən göstərmişdi. Mən Belarusun legitim prezidentinin yanına gəlmişdim. O da Ukraynaya və ukraynılalara yaxşı münasibət göstərirdi. Ukrayna ərazisində Poroşenko ilə, Zelenski ilə görüşləri olub. Ona görə də o vaxtlar vəziyyət normal idi. Amma mən ona istədiyum bütün sualları verdim.

 

Aparıcı:

– Bu yaxınlarda cənab Xodorkovski qonağınız olub. Biz hamımız onun göz yaşlarını gördük. Bütün bu reaksiyaları, həm də ukraynalı olmayan,- fərqi yoxdur, söhbət biznesmenlərdən, yoxsa sadə insanlardan gedir,-  yəni rusiyalılar və belaruslar tərəfindən göstərilən münasibəti, üzrxahlığı, yaxud rusiyalılar tərəfindən aqressiya göstərənləri, Putinin Ukraynaya hücum etməsinə haqq qazandıranları Siz necə dəyərləndirərdiniz?

 

Qordon:

– Baş verənləri anlayan Rusiyanın adekvat vətəndaşları açıq deyirlər ki, Putin hərbi cinayətkardır. Putin təkcə Ukraynaya qarşı yox, həm də bütün sivil dünyaya qarşı cinayət törədib. Qeyri- adekvat rusyalılara gəldikdə, nə demək olar, onlar 20 il ərzində kütləvi surətdə təbliğata məruz qalıb və onları almanlarla müqayisə etmək olar. Hebbels təbliğatı almanların beyinlərini zəhərlədiyi kimi, rusiyalıların da beyniləri çox zəhərlənib. Biz bununla nə edə bilərik ki? Mən indi bir çox sadə rusların çıxışına qulaq asıram. Hamısı dəli adamlardır, təmiz dəlidirlər. Zəhər onların iliyinə işləyib.

Biz öz ölkəmizi müdafiə etməliyik. Onlarla isə sonra danışarıq. 

 

Aparıcı:

– Yaxşı, sonradan bu söhbət necə ola bilər? Biz bu günlər Ukraynada baş verənlərlə bağlı çoxlu nifrət olduğunu görürük, bu da əməli söhbətə imkan vermir. Necə hesab edirsiz, kiminlə və nədən danışmaq lazımdır?

 

Qordon:

– Bu gün Ukraynanın Putinlə danışması mənasızdır. Putin bir şey istəyir- Ukrayna dünya xəritəsində olmasın. Onun başqa vəzifəsi və məqsədi yoxdur. O, hər hansı keçid şərtlərə razılaşmayacaq. Putinlə bugün Baydenlə Tszinpin danışmalıdır.Mən Putinlə danışa biləcək başqa adam tanımıram. O, daha heç kimi dinləməyəcək. Mən çox istərdim ki, bizim Qərb tərəfdaşlarımız Ukrayna səmasını bağlasınlar. Biz bunu çox istərdik. Amma onlar öz milli maraqlarından çıxış edir. Mən onlardan nə tələb edə bilərəm ki? Onsuz da Rusiyaya qarşı hətta Hitler Almaniyasına qarşı tətbiq olunmayan sanksiyalar tətbiq edilib. Mən rus xalqına səmimi qəlbdən arzulayıram ki, xaosa düçar olsunlar, yoxsul, ac- susuz qalsınlar.

 

Aparıcı:

– Dmitri, gəlin, nifrət oyatmayaq. 

 

Qordon:

– Yox, bağışlayın, mən nifrət oyatmıram. Mən demək istəyirəm ki, bütün xalqlar bədəl ödəməlidir. Əgər onlar Putini və onun Ukraynaya qarşı apardığı müharibəni dəstəkləyirlərsə, qoy onlara pis olsun. Qoy onlar buna görə cavab versinlər. Qoy anlasınlar ki, Putin Ukrayna xalqına hansı bədbəxtlik gətirib.

 

P. S.

“İndiki zaman” “Azad Avropa” radiosu / “Azadlıq” radiosu media korporasiyasının “Amerikanın səsi”nin iştirakı ilə Praqa şəhərində fəaliyyət göstərən rusdilli telekanaldır. Telekanal ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button