“Əgər Moskva Ukraynada özünün oyuncaq rejimini hakimiyyətə gətirməyə cəhd edərsə…”

ABŞ Dövlət katibi Entoni Blinken əmindir ki, Ukrayna Rusiya ilə Putinin planı üzrə baş tutmayan müharibədə qalib gələ bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” qəzeti Hərbi- Hava Qüvvələrinə istinadən yazıb.

 

Dövlət katibi deyib: “Əgər Moskva Ukrayna hökumətini devirməyə və özünün oyuncaq rejimini hakimiyyətə gətirməyə cəhd edərsə, 45 milyon ukraynalılar buna bu və ya digər formada müqavimət  göstərəcək”.

 

Blinken qeyd edib ki, müharibənin nə qədər davam edəcəyini bilmir. Bununla yanaşı o, Ukrayna xaıqının “fövqəladə dözümlülüyünü” yüksək qiymətləndirib.

ABŞ Dövlət katibinin sözlərinə görə, müharibə Putinin planlaşdırdığı kimi getmədi.

 

Blinken təsdiq edib ki, beynəlxalq birlik Ukraynaya yardım etmək üçün mümkün olan hər şeyi edəcək, habelə “Putinin başlatdığı müharibənin dayandırılması üçün Rusiyaya güclü təzyiq edir”.

 

Bu ərəfədə NATO Ukrayna üzərində uçuşsuz zona tərbiq etməkdən imtina edib.

Blinkenin Brüsseldəki mətbuat konfransında deyib ki, alyans bunu Rusiya ilə genişmiqyaslı müharibədən ehtiyat etdiyinə görə etməyəcək. 

 

Prezident Zelenski bununla əlaqədar martın 4- də NATO rəhbərliyinə müraciət edib. O, deyib:

“Bu gün NATO- nun rəhbərliyi uçuşsuz zona yaradılmasından imtina etməklə Ukrayna şəhərləri və kəndlərinin bombardman edilməsinə yaşıl işıq yandırıb. Siz səmanı bağlaya bilərdiniz. Amma mən bilmirəm siz kimi müdafiə edə bilərsiniz”.

 

“Detaly”, İsrail

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button