“Bizim parlamentdə hamısı ruslardır, sadəcə, soyadlarını gürcü siyadlarına dəyişiblər…”

Vaxtanq Kikabidze: Mən ukraynalıyam. 20 il cavan olsaydım, Ukrayna uğrunda vuruşardım. Mən yaxşı atəş açıram…

 

Moderator.az xəbər verir ki, gürcü aktyoru, kinorejissoru, ssenaristi və müğənnisi Vaxtanq Kikabidze “QORDON” nəşrinin banisi Dmitri Qordona müsahibə verib.

 

O, deyib ki, gürcülər ukraynalılara rusiyalı işğalçılara qarşı mübarizəsində ürəkdən dəstək verir və onun özü də gənc olsaydı, Ukrayna uğrunda döyüşə gedərdi.

 

“Mən ukraynalılara demək istəyirəm ki, məndə belə hissiyat var ki, sanki Ukraynada yaşayıram. Ona görə ki, küçədə hamı Ukrayna bayrağı ilə gəzir. Vəssalam!- Kikabidze belə deyib.

 

O, deyib ki, müharibə başlanandan gecələri yatmır, daimi olaraq Ukrayna xəbərlərinə baxır və hər hansı mühüm xəbəri buraxacağından ehtiyat edir, onun qohumları isə, məsələn, nəticəsi ukraynayönümlü mitinqlərdə iştirak edir.

 

“O, mənə deyib: “Axşam gələ bilmərəm, çünki mitinqə getməliyəm”,- aktyor deyib.

 

Kikabidze ukraynalılara dinc və sakit həyat arzu edib.

 

“20- cə il cavan olsaydım, mən də döyüşərdim, orada olardım. Mən yaxşı atəş açıram. Yeri gəlmişkən, yaxşı da balıq tuturam. Mən özüm özümü qidalandırardım, özüm özümü qoruyardım və Ukraynanı müdafiə edərdim. Mən bunu tam səmimi deyirəm.

Mən əvvəlkindən 10 dəfə çox ukraynalı olmuşam. Mən sizi çox sevirəm, шановнi брати i сестри.

Sizə xoşbəxtlik, dinc həyat və ölkənizin bərpasını arzulayıram”,- aktyor ukraynalılara müraciətlə belə deyib.

 

Kikabidze vurğulayıb ki, onun rusiyalılara yazığı gəlir, amma ukraynalılarla fəxr edir.

 

“Düşünürəm ki, Ukrayna qalib gələcək. Başqa variant yoxdur. Zelenski deyib: “Ya biz qalib gələcəyik, ya da biz olmayacağıq”.

 

Dünya belə müqavimət görməyib. Bu yaxınlarda Ukrayna üçün videoçarx hazırlayanda, mən dedim:

 

“Siz 100 faiz qalib gələcəksiniz, çünki Allah sizin tərəfinizdədir. Allah! O, hər şeyi görür”,- aktyor əminliyini bildirib.

 

Bu zaman o, Ukrayna mövzusunda hökumət üzvlərinin bəyanatlarına əhəmiyyət verməməyə çağırıb və onu “özününkü saymayıb”.

 

“Mənə belə gəlir ki, bizim parlamentdə hamısı ruslardır, sadəcə, soyadlarını gürcü siyadlarına dəyişiblər. Amma xalq çox həyəcan keçirir, çox!- aktyor deyib.

 

Rusiyanın təcavüzü başlanan gündən bütün Gürcüstanda ukraynayönümlü mitinqlər keçirilir, Tbilisidə bu mitinqlərə on minlərlə insan toplaşır. Bu zaman dövlət rəhbərliyi, müxalifətin ifadə etdiyi kimi, “Ukraynanın kürəyinə bıçaq vurur”, çünki Rusiyaya qarşı guya Kremli təhrik etməmək üçün məhdudiyyətlər tətbiq etmir.

 

Martın 1- də Zelenski Ukraynanın Gürcüstandakı səfirini “bizə kömək etmək istəyən könüllülərə manelər yaratmaqda və sanksiyalar üzrə mənəviyyatsız mövqe sərgilədiyinə görə” geri çağırıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button