“Bundan sonra Ukraynadakı müharibənin 3 ssenarisi var…”-“New York Times”

Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra hadisələrin gələcək inkişafı üçün üç ssenari var.

 

Moderator.az  xəbər verir ki, bunu “The New York Times” nəşrində  amerikalı jurnalist Tomas Fridman yazıb.

 

Proqnozlara görə, birinci ssenari ən ağırıdır. Digər ikisi daha yumşaqdır, lakin ən az ehtimal olunur. 

 

Birinci ssenari:

 

Ekspert hesab edir ki, Qərb Putini dayandıra bilməsə, o, Ukraynanı yer üzündən silməyə gedəcək. Bu ssenari Avropanın nasist dövründən bəri görmədiyi miqyasda müharibə cinayətlərinə səbəb ola bilər.

 

“Müasir qloballaşan dünya heç vaxt bu səviyyədə hərbi cinayətlərdə ittiham olunan, ölkəsi 11 saat qurşağını əhatə edən, dünyanın ən böyük neft və qaz tədarükçülərindən biri olan və ən böyük nüvə başlıqları arsenalına malik olan liderlə qarşılaşmalı olmayıb” -Fridman yazır.

 

İkinci ssenari:

 

Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvəyə minəcək və hər iki tərəf güzəştə getməyə məcbur olacaq. “Atəşkəs və Rusiya qoşunlarının çıxarılması müqabilində Ukraynanın faktiki olaraq Rusiyanın nəzarətində olan şərq anklavları rəsmi olaraq Rusiyaya veriləcək və Ukrayna heç vaxt NATO-ya qoşulmayacağına açıq şəkildə söz verəcək. ABŞ və müttəfiqləri Rusiyaya qarşı savaş müddətində tətbiq edilmiş bütün iqtisadi sanksiyaları geri götürməyə razı olacaqlar”, – Amerika eksperti belə deyir.

 

Ekspertin fikrincə, bu ssenari çətin ki, reallaşsın. Ona görə ki, bu, Putinin faktiki olaraq Ukraynanın reinteqrasiyası ilə bağlı öz planlarını reallaşdıra bilmədiyinin etirafı demək olacaq.

 

Üçüncü ssenari:

 

Ən az ehtimal olunan ssenari rusların ayağa qalxıb Putini devirməsidir.

 

“Minlərlə insan artıq Putinin çılğın müharibəsinə etiraz etmək üçün küçələrə axışır. Onlar bunu öz təhlükəsizliklərini riskə ataraq edirlər. Və bunu söyləmək hələ tez olsa da, onların əks reaksiyası insanı qorxu səddi adlandırılan maneənin keçilib-keçilmədiyini və  kütləvi hərəkatın, nəhayət, Putinin hakimiyyətinə son qoya biləcəyi haqda düşünməyə vadar edir”, – deyə ekspert-jurnalist qeyd edib.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button