“Sinələri, başları açıq olanlar qadın deyil, onlar kişilərin itləridir…”

“İki oğlum rəhmətə getdi, şəhid analarının yanında xəcalət çəkib ağlamadım”

“8 mart günü münasibəti ilə məni bütün Azərbaycan xalqı, dövlətim təbrik edib. Bu gün həqiqətən də qadınların ən xoş günüdür. Mən arzu edirəm ki, qadınların, qızların üzü tək bu gün yox, hər zaman gülsün. Çünki Azərbaycan qadını bütün gözəlliklərə, xoşbəxtliklərə layiqdir”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova deyib. O daha sonra əlavə edib.

“Qadın anadır, qadın nənədir, qadın Azərbaycan torpağının yaratdığı Azərbaycan qızlarıdır. Qadın hər şeydir, qadın ruzi-bərəkətdir, körpələrin anası, nənəsidir. Hər şey qadındır. Dünya qadınlar üzərində qurulub. Azərbaycan qadını budur, bundan gözəl nə ola bilər? Ay qadınlar, ərlərinizin qədrini bilin, çünki onlar sizin dayağınızdır. O qadınlar ki, özlərini yaxşı apara bilmir, yollarını azırlar, mən onlara nifrət edirəm. Qadın o deyil ki, sinəni, başını bayırda qoyasan! Qadın odur ki, ailəsinə, balasına, həyat yoldaşına, qardaşına abır-həya ilə qulluq etsin, onlara layiq olsun. Sinələri, başları açıq olanlar qadın deyil, onlar kişilərin itləridir. Bizim Azərbaycan qadınlarının həyası-abırı öz içlərindədir. Xahiş edirəm efirlərə sinəsi, başı açıq qızları buraxmasınlar. Çünki istəmirəm ki, Azərbaycan qızları, qadınları barədə dünyanın kişiləri, qadınları pis fikirdə olsunlar. Azərbaycan qadını tarixən həm kişilərə, həm də qadınlara nümunə olub”, – deyə 100 yaşlı veteran deyib.

Fatma Səttarova arzusundan da danışıb.

“Ən böyük arzum dövlətimlə, torpağımla, xalqımla bağlıdır. Allah Azərbaycan xalqını, prezidentini, igidlərini qorusun, 44 gün ərzində şəhid olan balalarımızın ruhu şad olsun. Onların valideynlərinə səbr arzu edirəm. Mənim də iki oğlum rəhmətə getdi, amma yas etmədim, sadəcə ağladım. Gizlin ağladım ki, xalqım mənim gözümü yaşlı görməsin. Bəlkə də üsyan edərdim, amma 44 günlük müharibədə şəhid olan övladların analarının yanında xəcalət çəkdim”, – deyə Fatma Səttarova deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button