Rusiyada saray çevrilişi… – Putin daha çox kimdən qorxur?..-VİDEO

“Rusiyada siyasi sistemi dəyişəcək etirazları gözləmək lazım deyil – bugünkü işğalçı ölkə vətəndaşları həbsxanaya düşməkdənsə, oranı tərk etməyə üstünlük verirlər.  Əzilmiş rus ordusu Rusiya Federasiyasına qayıdandan və hara və niyə göndərildiyini bildirdikdən sonra vəziyyət dəyişəcək”.

 

Moderator.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeriy Çalıy “Ukrayna 24” telekanalına eksklüziv müsahibəsində deyib.

 

Proqnoz

 

“Ordu ölkəyə qayıdıb yalnız televiziyadan deyil, bu müharibənin iştirakçısı kimi adi vətəndaşlarla danışanda Rusiyada vəziyyət dəyişəcək. Lakin bunun üçün 6 ay, bir il vaxt lazım olacaq”, – deyə diplomat fikirlərini bölüşüb.  

 

Vladimir Putinin əsgərlərini Ukraynaya göndərərkən əsl məqsədinin nə olduğu ilə bağlı Çalıyın da öz versiyası var.

 

“Bir şeyi də deyəcəyəm. İnanıram ki, Putin bu müharibəni həm də ona görə başlatdı ki, onu hakimiyyətdə saxlamaq üçün bir vasitə kimi görürdü. Çox güman ki, o, öz ətrafında hansısa proseslər başlayıb və fəal addım atmalı olduğunu anlayıb.  Odur ki,  ölkəni tamamilə fərqli bir yola, təcrid, diktatura sistemləri relslərinə keçirdi və o, buna nail oldu”, – deyə Çalıy vurğulayıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button