“Sovet vaxtı belə bir hökumətin olduğunu bilmirdim, müsavatçıları da düşmən kimi tanıyırdım…”

“Təbii ki, Cümhuriyyətimiz bir tarixdir və bu tarixdə də qalmalıdır. Sovet vaxtı bizə dərs keçirdilər, tarix dərsini yaxşı oxuyurdum. Amma belə hökumətin olduğunu bilmirdim və musavatçıları da düşmən kimi tanıyırdım”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Cümhuriyyətimiz haqqında sənədli filmlərin çəkilməsinə, əsərlərin yazılmasına ehtiyac olduğunu bildirən aktyor özü də “Cümhuriyyətin 9 şəkli” sənədli filminə çəkilib:

 

“Sonradan bildik ki, Şərqdə ilk dəfə Azərbaycan Demokratik Cümhuriyyəti qurulub və sonra Sovet hökuməti gəlib hökuməti məhv edib.Yəni kiminsə xoşuna gəlsə də, gəlməsə də bu bir tarixdir, olub və heç vaxt yaddaşlardan silinməyəcək. Bu mövzuda filmlər çəkilməlidir, əsərlər yazılmalıdır. Mənim çəkildiyim “Cümhuriyyətin 9 şəkli” sənədli filmi də ötən il çəkilib”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button