“10 ildə fonoqramla iki konsert verənlər xalq artisti adını alır, amma teatrdakıların canı çıxır”-FOTO

“Yubiley doğum günlərimi qeyd etməyi çox sevirəm. 50 yaşıma qədər ad günü keçirmirdim, deyirdim ki, 50 illik yubileyimi qeyd edəcəyəm. O da alınmadı, həyat yoldaşım rəhmətə getdi. 60 illik yubileyimi övladlarım təşkil etmişdi, “Vicdan haqqı” serialının kollektivi ilə birlikdə qeyd etdim. Sözün düzü bu il doğum günüm heç yadıma da düşmürdü, çünki o qədər hadisələrdən sonra ad günü keçirmək özümə də ar gəlir. Ailəmlə birlikdə evdə olacağam. İnşallah hər şey yaxşı olarsa gələn il 65 illik yubileyimi qeyd edəcəm”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Hicran Nəsirova bildirib. Sənətkar gözləntilərindən də danışıb.

 

“65 illik yubileyimdə özümə qarşı böyük diqqət görmək istəyirəm. Diqqət olmayanda adam sınır. Hamı kimi istəyirəm ki, əməyimin haqqı verilsin. 45 ildir ki, bu sənətdəyəm, teatrdayam. Hələ də əməkdar artist fəxri adını daşıyıram. Ya bu adlar birdəfəlik götürülsün, bilək ki, yoxdur, ya da haqqı çatan insanlara verilsin. 10 ildə fonoqramla iki konsert verənlər xalq artisti adını alır, amma teatrdakıların canı çıxır. Yerdən göbələk kimi çıxırlar, heç tanımağa macal tapmırsan, bir də görürsən xalq artistidir. Bilirsiniz ki, mən qapı döyməyi sevmirəm, özləri də görmür. Bir vaxtlar mən də komsomolda işləmişəm, tələbə gəlib mənə demirdi ki, problemim var. Mən özüm görüb qiymətləndirirdim. İndi də Mədəniyyət Nazirliyi, teatr və digər aidiyyatı qurumlar görməlidir. Ümid edək ki, hər şey vaxtında olar, gecikməz” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button