“Qoy kollaborantlar bilsin ki, Ukrayna heç kimi, heç nəyi bağışlamayacaq və unutmayacaq”

Zelenski müharibənin 17 gününün nəticələri ilə bağlı xalqa müraciət edib

 

“Açıq demək istəyirəm: hələ tab gətirməliyik, hələ mübarizə aparmalıyıq, hər gün, hər gecə düşmənə maksimal dərəcədə ziyan vurmağı düşünməliyik” 

 

Moderator.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski martın 13-ə keçən gecə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin 17 gününün nəticələri ilə bağlı videomüraciət yayıb. 

 

Zelenski işğalçıların Xerson vilayətində saxta referendum keçirib “Xerson Xalq Respublikası” yaratmaq niyyətini şərh edib. O, deyib ki, Rusiya rəhbərliyi Ukraynaya hücum edərək özünə “LDNR”- ə bənzər dövlət yaratmaq istəyir.

 

“Ukrayna bu sınaqdan çıxacaq.Torpağımıza ayaq basan hərb maşınını sındırmaq üçün bizə zaman və güc lazımdır. Təhlükəni azaltmaq istəmirəm, uğurlarımızı da böyütmək istəmirəm. Biz dürüst insanlarıq. Biz milyonlarla vətəndaşına, hətta Rusiya Federasiya rəhbərliyinə yalan danışan Rusiyanın Müdafiə Nazirliyi deyilik. Ona görə də açıq deyirəm, hələ tab gətirməliyik, hələ mübarizə aparmalıyıq. Hər gün və hər gecə düşmənə maksimal ziyan vurmaq üçün bütün müdafiə istiqamətləri boyunca yollar axtarmalıyıq”, – o, ukraynalılara müraciətində belə deyib. 

 

Zelenski əmin olduğunu bildirib ki, belə bir taktika ilə Ukrayna istədiyini, özünə məxsus olduğunu əldə edəcək.

 

“Biz istədiyimizə nail olacağıq, biz Melitopol və Qeniçeskə dönəcəyik. Bizə məxsus olan torpaqlarımıza dönəcəyik. Qoy işğalçılar bunu bilsin. Qoy bütün kollaborantlar da bilsin ki, Ukrayna onları bağışlamayacaq. Heç kimi, heç nəyi bağışlamayacaq və unutmayacaq. Ukrayna onları taparaq hər birini məsuliyyətə cəlb edəcək”, – Ukrayna prezidenti müraciətinin sonunda belə deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button