Şəfiqə Məmmədova kövrəlib, illər sonra etiraf etdi

Xalq artisti, görkəmli teatr və kino aktrisası Şəfiqə Məmmədova Teatr Xadimləri İttifaqında Milli Teatr Günü ilə bağlı təşkil olunan tədbirə qatılıb.

 

Teatr sahəsində gördüyü işlərə görə ittifaqın “Qızıl Gül” mükafatına layiq görülən sənətkarı tamaşaçı alqışları kövrəldib. O daha sonra səhnəyə çıxaraq etiraf edib:

“Kövrəldim… Xoşbəxtəm ki, mənim həyatımda səhnə, teatr olub. Mən Teatr Xadimləri İttifaqına, Azərpaşa müəllim sizə təşəkkürümü bildirirəm ki, yenə bu gün məni səhnəyə çıxartmısınız. Mən bu gün səhnədə olmasam da sənətə davam edirəm, teatr sənəti ilə məşğulam, saysız-hesabsız tələbələrim var. Bu gün Milli Teatr Günündə sizə bir etiraf etmək istəyirəm, bu çox ciddi bir etirafdır. Bu yolu keçmişəm, amma inanın ancaq səhnədə mən xoşbəxt və azad idim” deyə aktrisa bildirib.

 

Qeyd edək ki, sənətkar 40 ildən çoxdur ki, teatrda çalışmır. Şəfiqə Məmmədova hal-hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button