Kiyev İsraili vasitəçi kimi qəbul edib

Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna- Rusiya arasında danışıqların 4 – cü raundunun başlanması barədə məlumat verib. Söhbət atəşin dayandırılması, bütün qoşunların dərhal çıxarılması və təhlükəsizlik zəmanətlərindən gedəcək. 

 

Moderator.az xəbər veerir ki, bu barədə martın 14 – də “УНИАН ” saytı məlumat verib. 

 

Danışıqlar videokonfrans şəklində keçir. “Danışıqlar çətin gedir, – Podolyak danışıqların başlanmasını belə şərh edib. – Rusiya öz aqressiv hərəkətlərinin cəfəng olduğunun fərqində olsa da, yenə də dinc şəhərlər üzərində 19 günlük zorakılığın düzgün strateji seçim olduğu xülyasındadır. Bundan əvvəl, “УНИAН”- ın məlumatına görə, Ukrayna prezidenti Оfisinin rəhbəri Andrey Yermak İsrailin vasitəçilik səylərini yüksək qiymətləndirib.

 

“İsrail dövləti sülhün axtarılması və Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoyulmasında mürəkkəb, amma xeyirxah vasitəçilik missiyasını öz üzrəinə götürüb, – Andrey Yermak özünün “Facebook” səhifəsində yazıb. – Biz həmçinin İrsail ilə Ukraynaya humanitar yardım göstərilməsi barəsində intensiv dialoq aparırıq. Ofisimiz İsrailin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə və milli təhlükəsizlik şurasının sədri Eyal Xulata ilə daimi təmasdadır.

 

Yermakın sözlərinə görə, Ukrayna tərəfi döyüş zonasından təxliyyə çərçivəsində İsraildə olan ukraynalıların qohumlarının bu ölkə tərəfindən qəbul edəcəyinə nail olub.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button