Ukraynalılar Putinin dostunun Londondakı malikanəsini də  ələ keçirdi…-FOTOLAR

Londonda fəallar elit Belqraviya bölgəsində Putinin dostu olan rus oliqarx Oleq Deripaska ilə əlaqəli 25 milyon funt sterlinqlik evi zəbt ediblər.

Moderator.az xəbər verir ki,  bu barədə “The Guardian” nəşri məlumat yayıb.

 

Bazar ertəsi gecə yarısından sonra evə soxulan fəallar Ukrayna bayraqlarını və “Bu mülk boşaldıldı” və “Putin… get!” yazılan pankartları asıblar.

 

Malikanə Londonun ən bahalı terraslı evi hesab olunur və Britaniya paytaxtının ən eksklüziv ünvanlarından birində yerləşir.

 

Hadisə yerinə gələn polis əməkdaşları bir neçə nəfərin içəri girərək yuxarıdakı pəncərələrdən pankartlar asdığını müəyyən ediblər, ancaq heç bir müdaxilə etməyiblər.

 

“Biz burada bir rus oliqarxının və müharibə qızışdırıcısının mülkünə etiraz etmək üçün gəlmişik. Bu hökumət yalnız qanunsuz hərəkət etmir, həm də əxlaqsızlıq edir. Bu mülk ukraynalı qaçqınlara məxsusdur”, – deyə  fəallar bildirib.

 

Xatırladaq ki, O.Deripaska Putinin hakimiyyətə gəlməsində böyük rol oynamış iş adamlarından biridir.

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button