“Allah-təala əvvəl torpağı xəlq eləyib, daha sonra ora hava, su və od göndərib…”

“Niyə bu torpaq çərşənbəsini axıra salıblar, başım çıxmır. Əvvəl torpaq, sonra hava, su və od yaranıb. Hər şeydə bir qarışıqlıq etmişik. Axı torpaq olmayandan sonra o biriləri necə ola bilər, havada yaşamamışıq axı”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül İlaxır şərşənbəsi münasibətilə xalqımızı təbrik edib:

“Allah-təala əvvəl torpağı xəlq eləyib. Daha sonra ora hava, su və od göndərib. Mən Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Bizdə bayramlar, müqəddəs dəyərlər vətən qədər əziz tutulub. Ona heç bir din, siyasət qoşmaq lazım deyil. Bu, Allahın bəxş etdiyi həyatdır. Bahar yelini Nəsimidən götürüblər. “nəsim” yəni bahar yelidir, Allah-təala bir nəsim yeri göndərib ağacları, təbiəti, qanı hamısını coşdurub, yeniləyib, təzələyir. Nəsimi də poeziyada yenilik kimi “nəsim” sözün götürüb”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button