İşğaldan azad olunmuş rayonlardan bayram şənliyi keçirilib

Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə azad edilən ərazilərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşlər keçirilib.

 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və “Nar” mobil operatorunun təşkilatçılığı ilə keçirilən bayram tədbirində çıxış edənlər Vətənin keşiyində duran əsgərlərimizi torpaq çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra hərbi qulluqçulara hədiyyələr və bayram sovqatı təqdim edilib, hərbi hissənin ərazisində müxtəlif növ ağaclar əkilib.
Tədbir tonqallar ətrafında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button