Qərbin süstlüyü və Putinin məkrliyi: Ukraynadakı müharibənin ilkin dərsləri…

Kreml hökmdarı, deyəsən, mümkün olmayanı edib – Qərbi birləşdirib. Nizamlanma üçün bu, kifayətdirmi?

 

Son illər, bəlkə də onilliklər ərzində Qərb əsasən haqlı tənqidlərə məruz qalır. O, zəifdir. O, qətiyyətsizdir. Hədsiz sülhsevər və ərköyündür. Misallar çoxdur.

 

Vaxtilə ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq etmişdi ki, elə qırmızı xətlər var ki, onları keçməyə dəyməz. Qoy o, heç yoxlamağa da cəhd etməsin ki, kimyəvi silah işlədərsə, nə baş verə bilər. Əsəd dinlədi və öz bildiyi kimi etdi. Reaksiya olmadı. Az qala əksinə oldu. Rusiya Suriyada vəziyyətə nəzarət hüququna sahib oldu. Oradan getmək fikri də yoxdur.Qərbin zəifliyi fonunda Rusiya superdövlət statusunu özünə qaytarmağa başladı. Qərbin qətiyyətsizliyi təkcə Suriyada özünü göstərmədi. Qaniçən İran ayətüllaları ilə nüvə sövdələşməsi də Qərbin zəifliyini və yolayovuqluğunu nümayiş etdirdi.

 

Qərb, əslində, Sovet İttifaqının Əfqanıstana 1979- cu ildə 10 il davam edən hərbi müdaxiləsinə ( bu müharibədə SSRİ 15 minədək hərbi qulluqçusunu itirib, mülki əfqan əhalisi arasında itkilər müxtəlif qiymətləndirmələrə görə 600 mindən 2 milyonadək təşkil edib) heç cür reaksiya vermədi, elə böyük dağıntılara və on minlərlə insan qurbanına gətirib çıxaran iki çeçen müharibəsində olduğu kimi. Hər iki avantüranın Kreml üçün uğurlu olduğunu demək çətindir. Hətta nə məhkəmələr, nə insan hüquqları müdafiə təşkilatları, nə yerli sakinlər onların hərəkətlərini məhdudlaşdırmağa cəhd etməməsinə baxmayaraq. Elə Moskvaya beynəlxalq birliyin təzyiqi də nisbətən zəif oldu.

Rusiya, təbii ki, keçmişin uğursuzluqlarından nəticə çıxarıb. Amma bunu özü üçün edib. O, Qərbin qətiyyətsizliyini görüb. Kremldə nəyi və necə etməklərini isə Rusiyanın Qərb ölkələrindən geridə qalması ilə izah etmək olar. Məsələn, ABŞ  və Avropa İttifaqının birgə ÜDM- i 2020- ci il üçün 35 triıyon dollar təşkil edib, Rusiyada bu rəqəm 1, 5 trilyon dollardır. ABŞ- ın müdafiə büdcəsi 2021- ci il üçün 600 milyard dollar, Rusiyanın 84, 5 milyard dollar təşkil edib. Buraya NATO ölkələrinin hərbi gücünü də əlavə etsək, fil ilə qoyunun gücü arasındakı nisbəti anlayarıq. Amma bu qoyun birdən mələməyə başladı və hücuma keçdi. Ona görə ki, nəhəng filin öz kölgəsindən qorxacağına əmin idi.

 

Hitler (Putin hər halda Hitler deyil) də əmin idi ki, onun zamanındakı Qərb zəif və qətiyyətsizdir. Kim inana bilərdi ki, hər şey onun seçkilərdə qalib gəlməsindən 10 gün sonra, 1933- cü ildə Oksford universiteti tələbə şurasının qərarından sonra başlayacaq, həmin qərarda deyilirdi: “Tələbələr heç bir halda kral və ölkə naminə hərbi əməliyyatlarda iştirak etməyəcək”.

 

Bu, ilk baxışdan, o qədər də mühüm əhəmiyyət kəsb etməyən tələbə qərarı 275 səs lehinə və 153 səs əleyhinə olaraq qəbul edilmişdi. Amma zaman göstərdi ki, bu pasifist qərar nasist Almaniyasına böyük təsir göstərdi. Uinston Çörçill ilk olaraq bu qərarın faciəli olduğunu anladı və cəmi bir neçə həftədən sonra onu “əxlaqsız  və çirkin” adlandırdı. Başqa universitetlər də Oksford universiteti kimi analoji qərarlar qəbul etdilər.

 

Oksford qərarından bir il sonra Britaniya parlamentinin üzvü Robert Berneys Almaniyanı ziyarət etdi. Orada o, Hitlerin gənclər təşkilatı liderlərindən biri ilə görüşündə gənc lider ona deyib: “Siz ingilislərin yumşaq olması faktdır”. Berneys səfəri zamanı Almaniyanın yəhudilərə, geylərə və digər azlıqlara münasibətindən heyrətə gəlib və anlayıb ki, Almaniya müharibəyə hazırlaşır. Parlamentdəki çıxışında o, bəyan edib: “Dünyada sülhün əsas düşmənləri pasifistlərdir”.

 

Sonradan professor Alfred Tsimmern Oksfordun tələbə təşkilatının rəhbərinə yazıb: “Mən ümid edirəm ki, siz müharibəni yaxınlaşdıran öz rüsvayçı qərarınıza görə hər gecə əzab çəkirsiniz. Əgər bizə yenə də almanlara qalib gəlmək lazım olacaqsa, sizin ucbatınızdan olacaq”. Bu kəskin sözlər 1934- cü ildə yazılıb.

 

Putin Qərbdə və xüsusilə ABŞ- da son illər baş verənləri müşahidə edərək yalnız bir şeyi görüb: onlar özləri özlərinə nifrət edir. O, polisin və ordunun maliyyələşdirilməsinə son qoymağı tələb edən insanları görüb. O, zəifliyi hiss edərək, güman edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nasistlərin Çexoslovakiyaya yürüşünə bənzəyəcək. Lakin onun proqnozları özünü doğrultmadı. Ukrayna təslim olmaqdan imtina edir. Qərb özünün letargik yuxusundan ayılıb. Bəli, heç bir ölkə Ukraynaya əsgər göndərmir, amma bir çox dövlətlər ona silah verir. Qərbdə uzun illərin çəkişmələrindən və ABŞ- ı silkələyən daxili ziddiyyətlərindən sonra onlar ümumi düşmən qarşısında birləşməli oldu.

 

Rusiyanın çöküşünə hələ çox qalıb. Bir çox ölkələr hələ də onun enerjidaşıyıcılarından asılıdır. Lakin dəyişikliklər var və onları görəməmək mümkün deyil. Qərbdə on milyonlarla insan Rusiya üçün dəyəri daha çox olan sanksiyaların gücləndirilməsi və davam etdirilməsi üçün yüksək bədəl ödəməyə hazırdır. 

 

Beləliklə, Qərbin əzmkarlığı hörmətə layiqdir. Yeri gəlmişkən, bu, Oksfordun tələbələrinin də başına gəlib. Onların 90 faizi ikinci dünya savaşında orduya çağırılıb. Ola bilsin ki, yalnız ola bilsin ki, belə nisbət səsvermə zamanı olsaydı, onlar, ümumiyyətlə, müharibəyə getməyəcəkdi. Havadan asılı qalan bir məsələ var. Rusiyaya qarşı yuxudan ayılan Qərb nədən İrana qarşı tərəddüd edir? Axı İranın dağıdıcı potensialı açıq- aydındır. Təkcə elə bu həftə İran Erbildəki Amerika bazasına raket zərbələri endirib və iddia edib ki, söhbət İsrailin Mossad təşkilatının məxfi bazasından gedir. Bəs amerikanlar? Onlar susur. Qərb son zamanlar Rusiya ilə qarşıdurmada özünü ləyaqətli aparır. O,Tehrana qarşı da belə qətiyyətli olarsa, daha yaxşı görünəcək.

 

Tərcümə Moderator.az-a məxsusdur.

 

Müəllif: “Yediot axronot” nəşrinin aparıcı icmalçısı

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button