“NATO Ukraynaya sülhməramlı və humanitar missiya göndərməlidir”

Ukraynada NATO- nun və ya digər təşkilatların sülhməramlı və humanitar missiyası yerləşdiriməlidir. Bu barədə martın 16- a keçən gecə Polşa baş nazirinin müavini Yaroslav Kaçinski bəyan edib, bu barədə “QORDON”  nəşrinin müxbiri məlumat verib.

 

“NATO və, ola bilsin, digər təşkilatlar tərəfindən hazırlanan sülhməramlı və humanitar missiyaya ehtiyac var, amma bunlar silahlı mühafizə altında olmalı və Ukrayna ərazisində fəaliyyət göstərməlidir”, – Kaçinski deyib.

 

O, qeyd edib ki, Ukrayna suveren dövlətdir, əgər belə missiyaya razılıq verərsə, bu, “beynəlxalq hüquq baxımından kifayət edəcək”.

 

“Və hər hansı “casus belli” (müharibə üçün bəhanə) olmayacaq ( ehtimal ki, NATO ölkələrinin müharibəyə cəlb edilməsi üçün bəhanə nəzərdə tutulur- “QORDON). Amma bu, “casus belli”- ni öz dünyasından fərqli dünyanın mövcudluğu hesab edənlərə aid deyil.

 

O, əlavə edib ki, Ukrayna hazırda bütün “Avropa- Amerika sivilizasiyasını qoruyur”.

 

“Bu, igidlik, hazırda sarsılmaz hesab edilən normalardan imtina etməyi tələb edir. Mənə elə gəlir ki, bəlli risklərə getmək zərurəti var”, – Polşanın vitse- baş naziri qeyd edib.

 

NATO- nun missiyssı ilə bağlı suala cavabında o, deyib ki, hələlik, buna “çağırış edir”, detallar barədə danışmaq hələ tezdir.

 

Kaçinski məlumat verib ki, bu məsələ qaldırılıb, amma “NATO forumunda deyil, Ukraynada müharibə ilə bağlı tədbirlərdə müzakirə edilib”.

 

“Kiyev bu məsələnin yetişdiyinə görə deyil, qaldırıldığı yer kimi seçilib”, – Kaçinski belə deyib.

 

Kaçinski Ukraynaya sülhməramlıların yeridilməsini təklif edən ilk Qərb siyasətçilərindəndir. 

 

Martın əvvəlində, Rusiya işğalçıları tərəfindən Ukraynanın iki AES- nin ələ keçirilməsindən sonra Ukraynanın baş naziri Denis Şmıqal Avropa İttifaqına və Atom enerjisi üzrə Beynəlxalq agentliyə müraciət edərək, öz sülhməramlılarını Ukraynanın atom elektrik stansiyalarına göndərməyə çağırış edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button