“Rus xalqı əsl vətənpərvərləri yaramaz və satqınlardan ayırmağı bacaracaq…”

Rusiya prezidenti Vladimir Putin bu gün sanksiyaların təzyiqi şəraitində regionlara dəstək tədbirlərinə həsr edilən Rusiya hökümətinin müşavirəsində çıxış edib. 

 

Öz çıxışında Kreml rəhbəri yaxın gələcəkdə rusiyalıları nə gözlədiyindən danışıb.

 

Rusiya iqtisadiyyatı haqqında

 

“Yeni reallıqda iqtisadiyyatımızda dərin struktur dəyişikliklər tələb ediləcək. Gizlətməyəcəyəm, bunlar asan tədbirlər olmayacaq, müvəqqəti olaraq inflyasiyanın və işsizliyin artmasına gətirib çıxaracaq”, – Putin məlumat verib.

 

Bununla əlaqədar olaraq Rusiya prezidenti region rəhbərlərinin əlavə səlahiyyətləri haqqında fərman imzalayıb. Qubernatorlar iqtisadi inkişafın təminatı üzrə operativ qərargahlar yaratmalı və şəxsən bu işə rəhbərlik etməlidir.

 

Putinin sözlərinə görə, cari problemlərin həllində özəl biznes həlledici rol oynamalıdır. “Xarici təzyiqə biz maksimal iqtisadi azadlıq və sahibkarlıq təşəbbüsü ilə cavab verməliyik”, – O, belə deyib və dövlət müqavilələri üzrə avansların həcminin artırılmasını tapşırıb. 

 

Putinin həmçinin yaşayış minimumunun, büdcə təşkilatlarında çalışanların əmək haqlarının, sosial müavinətlərin və təqaüdlərin artırılmasını vəd edib.

 

Repressiyalar haqqında

 

Kreml rəhbərinin fikrinə görə, Qərb ölkələri döyüş itkiləri və sanksiyaların nəticələri ilə alver edərək Rusiya cəmiyyətini parçalamağa cəhd edir. Öz səylərində onlar “beşinci kolon”a, milli satqınlara statka edəcək” 

 

“Hər bir xalq, üstəlik, Rusiya xalqı əsl vətənpərvərləri yaramaz və satqınlardan ayırmağı bacaracaq. Əminəm ki, cəmiyyətin belə təbii özünü təmizləməsi ölkəmizi möhkəmləndirəcək”, – Putin deyib.

 

Müharibə haqqında

 

“Ukraynada xüsusi əməliyyat plan üzrə və uğurla davam edir. Müdafiə Nazirliyi və Baş qərərgah tərəfindən işlənib hazırladığı döyüş əməliyyatların taktikası tamamilə özünü doğruldub”, -Putin bəyan edib.

 

O qeyd edib ki, Rusiya qoşunlarının Kiyev ətrafında və Ukraynanın başqa şəhərlərində mövcud olması Ukraynanı işğal etmək arzusu ilə əlaqədar deyil. O həmçinin məlumat verib ki, “Rusiyanın əlində Ukraynada bioloji silah komponentlərin yaradılması barədə əsaslar var”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button