“Doğum evi üzərində qələbəni dövlət bayramları siyahısına salmaq olar…”

“Putin kabinet məxluqudur, onun müharibədən anlayışı belə yoxdur”

 

“Elə bu gün Şoyqu və onunla birlikdə Ukrayna xəritəsi üzərində əllərində pərgar tər tökən başqalarının da…”

 

Bu həftə Kreml, nəhayət, rahat nəfəs aldı. Hər halda dünya ağalığına aparan yolun yarısı keçilib. Mariupolda doğum evi bombalanıb və, sadəcə, Ukrayna ordusunun olmadığı bir cüt dinc qəsəbə işğal edilib. Dünya üzərində tam hökmranlıq etməyə isə xırım- xırda məsələlər qalıb. Doğum evi üzərində qələbəni dövlət bayramları siyahısına salmaq olar. Yanan uçqunların altından zahıların təxliyəsi zamanı o qədər körpə uşaq papaqları, döşəkağları, müşəmbələr və başqa mamaça aksessuarları qalıb ki, təntənəli marş zamanı onları mavzoleyin önünə atmaq mümkün olacaq…

 

Təbliğat daha təvazökarlıq ermir, açıq deyir ki, “xüsusi əməliyyat”ın son məqsədi, heç demə, bütöv Ukrayna deyil, yaxın zamanlarda “rus dünyası”na çevriləcək bütün kainatdır. O zaman internet, dollar, elm, tərəqqi, təbabət və başqa şər işlərə son qoyulacaq. Putinin gizlin ideyaları qalib gələcək, rusa aid olmayan nə varsa Kremlin çarıqları altında əziləcək. Nə gözəl…Artıq Kreml  maskasını çıxarıb və utanıb- qızarmadan özünün qarabasmalarına köç edib.

 

Kremlin öz kliniki halını daha gizlətməmək qərarı onun üçün hələlik yeganə düzgün və xilasedicidir. Çünki gerçək dünyada qalmaqla bu müharibənin miskin nəticələrilə, yoxsulluq və viranəliklə, Rusiyanın özünün çöküşü ilə, minlərlə meyitlərlə, dünya boyda ağrı və qəzəblə, lənətlərlə və bu sərsəmləyə son qoymaq üçün dünyanın qətiyyətilə barışmaq mümkün olmazdı. Həm də belə narkoz altından rejimin özünə başqa dünyaya keçmək asan olacaq.

 

Putin tamamilə kabinet məxluqudur. O, heç vaxt savaş görməyib, onun yanıq qoxusunu, hisini- pasını hiss etməyib, naləsini, fəryadını eşitməyib. Onun savaş haqqında təsəvvürü belə yoxdur. Elə Şoyqu və onun kimi bu gün əllərində pərgar Ukrayna xəritəsi üzərində tər tökən başqaları kimi. Putin heç vaxt oğlan uşağının yanmış meyitinin parçalarını vurulan ZTP- dən çıxarmayıb. Savaşdan anlayışı olanlar bu rəzilliyə nifrət edir və onun tarixin və insanlığın saldığı yuvadan bir daha çıxmaması üçün hər şeyi edəcək. Bəlkə Mariupolda və ya Xarkovda özünün raketləri altında bir- iki dəfə gecələmək Putinə şəfa verərdi. Amma yox, onun üçün Kremldən rahat yönətim, fövqəldövlət qarabasmaları, bunker və bir də yaltaq və nökərlərin səs- küyü daha uyucudur…

 

Aleksandr Nevzorov, rusiyalı publisist

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button