“Mən rus xalqını sevirəm, ona görə də həqiqəti deməliyəm

Arnold Şvartsenegger rusiyalılara müraciət edib

 

Populyar Hollivud aktyoru, prodüser, dövlət və siyasi xadim Arnold Şvartsenegger Rusiya sakinlərə geniş nitqlə müraciət edərək, Ukraynadakı “müharibə haqqında həqiqəti” danışıb.

 

Moderator.az xəbər verir ki, “Twitter”də dərc edilən 10 dəqiqəlik videoçarx ingilis və rus dilində subtitrlərlə müşayiət edilib.

 

“Mən rus xalqını sevirəm. Ona görə də sizə həqiqəti deməliyəm. Xahiş edirəm baxın və paylaşın”, – artist yazıb.

 

Müraciətinin əsas mövzusundan danışmazdan öncə Şvartsenegger əfsanəvi sovet ştanqçısı Yuri Vlasovun çıxışını xatırladaraq, qeyd edib ki, bu çıxış onun Rusiyaya və bu ölkənin sakinlərinə münasibətinə güclü təsir edib.

 

“Rusiyalıların ürəyi və gücü həmişə məni ruhlandırıb, ona görə də icazə verin mən sizə Ukraynadakı müharibə haqqında həqiqəti söyləyim, – Şvartsenegger deyib. – Heç kimim onun hökumətini tənqid edəndə xoşuna gəlmir, lakin hər halda sizə böyük hörmət bəslədiyimə rəğmən, deməliyəm. Sizin hakimiyyət deyir ki, bu müharibənin məqsədi Ukraynanın “denasifikasiyasıdır”. Bu, həqiqətəuyğun deyil.  Ukrayna atasının üç qardaşı nasistlər tərəfindən öldürülən yəhudi əsilli prezidenti olan ölkədir. Müharibəni Ukrayna yox, Rusiya hakimiyyəti başlayıb”.

 

Onun sözlərinə görə, Rusiya Federasiyasının hökuməti həm dinc vətəndaşlarını, həm də əsgərlərini aldadır”:

 

“Mən sizin fiziki və mənəvi cəhətdən sınmağınızı istəmirəm, bu, müdafiə üçün savaş deyil, bu, qanunsuz savaşdır”.

 

Şvatsenegger əlavə edib ki, rusiyalıların təbliğata və dezinformasiyaya üstün gəlməsini, bu savaş barədə həqiqəti bilməsini və onu yaymasını istəyir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button