Putinin müharibəni dayandırmaq üçün dörd şərti var-Ərdoğanla görüşün detalları…

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibəyə son qoymaq üçün Rusiya lideri Putinlə görüşünün təfərrüatları məlum olub.

 

 Moderator.az xəbər verir ki, sammitdə Putinin Ukrayna prezidenti Zelenski ilə üz-üzə görüşə biləcəyini dediyi və müharibənin bitməsi ilə bağlı 4 şərti ortaya çıxıb. Bu istəklər arasında Ukraynanın neytrallığını təmin etmək kimi məqbul maddələrlə yanaşı, Ukraynanın qəbul edə bilməyəcəyi ölkənin şərqinin təslimi kimi maddələrin də olduğu bildirilib.

 

Rusiya-Ukrayna müharibəsinin 23-cü günündə iki ölkə arasında bir müddətdir ki, sülh sazişinin yolları axtarılır. Bu kontekstdə Türkiyə də vasitəçi rolunu öz üzərinə götürüb. Bu çərçivədə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə tez-tez telefonla danışaraq tərəfləri danışıqlar masasına cəlb etməyə çalışır. 

 

Prezident Ərdoğanla Rusiya lideri Vladimir Putinin görüşü ilə bağlı BBC-nin əldə etdiyi məlumata görə, Putin Zelenski ilə üz-üzə görüşə biləcəyini də bildirib. BBC-nin müxbiri Con Simpsona danışan Prezidentin sözçüsü İbrahim Kalın Putinin Ərdoğana qarşı irəli sürdüyü 4 tələbin başa düşülən olduğunu bildirib.

 

Onların arasında Ukraynanın neytrallığına zəmanət vermək, NATO-ya üzv olmayacağını elan etmək kimi şərtlər yer alıb. Razılaşma tələbləri arasında Putinin ölkənin nasist düşüncəsindən təmizlənməsi adlandırdığı bənd də var. Bu maddə isə Ukraynada rus dilinin istifadəsinin qorunmasını əhatə edir.

 

Lakin Simpson bu yazılardan sonra mübahisəli tələblərin ortaya çıxdığını da bildirir. Buna uyğun olaraq Putin Ukraynanın şərqinin bir hissəsinin Rusiyaya qoşulmasını və Zelenskinin Krımın Rusiya ərazisi olduğunu etiraf etməsini istəyir.

 

İbrahim Kalın Putinin bunları ancaq Zelenski ilə üz-üzə danışmaqla həll edə biləcəyini deyib. Türkiyənin fikrincə, razılığın əldə olunması üçün daha bir neçə həftə lazım ola bilər. Volodimir Zelenski də belə bir görüşə hazır olduğunu bəyan edib.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button