“Rusiya “Əl- Qaidə” və “İŞİD” kimi terrorçu dövlətdir…”

Putin Rusiyasının “izqoy” dövlət statusu beynəlxalq birlik tərəfindən tanınmalıdır…

 

Terrorçu dövlətlər sırasına Rusiya Federasiyasının hökumət strukturlarını- ordusunu, Hərbi- Dəniz Donanmasını, Hərbi- Kosmik Qüvvələrini və “Vahid Rusiya” siyasi partiyasını daxil etmək lazımdır.

 

Moderator.az xəbər verir ki, bunu “Guildhall” nəşrinə şərhində Böyük Britaniya Lordlar Palatasının üzvü lord Aleks Karlayl bəyan edib.

 

Rusiyanın Ukraynada hərbi cinayətlərini sübut edən fotoşəkillərə və başqa sübutlara əsaslanaraq, onlar bu siyahıya salınmalıdır.

 

“Gördüklərimizdən aydın olur ki, Rusiya ən böyük qeyri- hökumət təşkilatları olan “Əl-Qaidə” və “İŞİD” kimi terrorçu dövlətdir, – Karlayl deyib.

 

O, qeyd edib ki, Rusiyanın bir sıra strukturlarını terrorçu təşkilatların suyahısına daxil etdikdən sonra tədarükçülər onlarla əməkdaşlıq edə bilməyəcək.

 

“Mənə elə gəlir ki, Rusiya dövlətinin ayrı- ayrı strukturları, məsələn, ordusu, Hərbi- Dəniz Donanması, Hərbi- Hava Qüvvələri və Putinin partiyası terrorçu dövlətlər sıyahısına, o cümlədən ABŞ və Böyük Britaniya kimi ölkələrin müvafiq siyahılarına salınmalıdır.

Bu o demək olacaq ki, bu strukturlara maddi vəsait tədarük edən hər bir tədarükçü terrorçu fəaliyyətlə əlaqəsi olan kimi baxılacaq və təqib ediləcək, – parlamentari belə izah edib.

 

Terrorçu təşkilatlar kimi tanınmaq qısa zamanda icra edilməlidir. Bu tanınma Putinin və Rusiyanın “izqoy” statusunun dünya birliyində təsdiq edilməsi demək olacaq və bunu bir çox ölkələrin siyasətçiləri və vətəndaşları bölüşür.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button