“13 namizədimdən birini seçmişəm, düşünürəm ki, o mənə qadağa qoymaz…”

“Bu il Novruz bayramını tədbirlərdə, səhnədə qeyd edəcəyəm. Həm Azərbaycanda, həm də xaricdə bir neçə tədbirdə çıxışım planlaşdırılır. Biz sənətçi olduğumuz üçün xüsusi bayram günlərində bir az ailəmizdən uzaq düşürük. Çünki bayram günlərində işlərimiz daha çox olur. Təbii ki, daha sonra ailəmizlə, yaxınlarımızla birlikdə də qeyd edirik. İlk dəfə biz Rusiyadan gələndə Novruz bayramını gözəl qeyd etmişdik, bütün adət ən-ənələri yerinə yetirirdik, çıraqban edirdik, tonqal yandırıb üstündən hoppanırdıq, papaq atırdıq. Novruz bayramı münasibəti ilə bütün saytınızın əməkdaşlarını, kollektivinizi və Azərbaycan xalqını təbrik edirəm. Süfrələriniz hər zaman bol ruzili olsun”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O daha sonra ailə həyatı qurması ilə bağlı sualı cavablandırıb.

“Mən deməmişəm ki, ərə gedirəm, evlənirəm. Demişəm ki, belə bir fikir var, 13 namizədim var, hər biri də gəlib efirdə etiraf edir və hamısı da sənət nümayəndələridir. 13-dən 1-ni seçmişəm, danışırıq, nə vaxt qərar versəm hamı biləcək. Saytlar da götürüb yazır ki, ərə gedir, mən də reaksiya vermirəm” deyə müğənni bildirib.

 

“Gələcək həyat yoldaşınız sizə sənətdə qadağa qoyarsa münasibətiniz necə olar?” sualına isə müğənni belə cavab verib.

 

“Mən illərdir sənət aləmindəyəm. Sənət camiyyəsində olan insan hər sənətçi ilə ailə həyatı qurmaz. Hamını tanıyıram, illərdir hər kəslə münasibətimiz var. Bu sənəti layiqincə təmsil etdiyim üçün sənəti seçsəm, mənə elə gəlir ki, o insan mənə heç bir qadağa qoymaz. Düşünürəm ki, nə mən tərəfdən ona qadağa olar, nə də onun tərəfdən mənə” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button