“Bu sözü deməkdə məqsədim Eyyub Yaqubovla İlqar Sailin xətrinə dəymək deyildi”

“Novruz bayramı mənim üçün ikiqat sevincdir. Çünki Novruzdan bir gün öncə doğulmuşam. 60 yaşım tamam olur. Hər zamankı kimi ailə daxilində qeyd edirəm. Dəbdəbədən uzaq olmuşam, özümə ayıb bilmişəm. İndi “ayıb” sözü də leksikomumuzdan çıxıb, ona görə də bu gündəyik. İnsan ömür boyu ümidlə yaşayır, amma sonunda suyunu, çörəyini verməyəndə ümid də ölür. İllər keçəndən sonra artıq heç nəyə reaksiya verməməyə çalışıram. Çünki mənim də ümidlərim ölüb”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Arzu Rzayev deyib. O daha sonra əlavə edib.

“Mən çox xalq artistləri ilə çalışmışam. Geydirmə yox, əsl xalq artistləri ilə. Səhv etmirəmsə Anatollu Qəniyev idi, mənə deyirdi ki, çox məclislərdə olursan, yadında saxla hamı çox şey edər, gözə görünməz, amma sən bir şey edərsən, hamı danışar. Ona görə hər zaman mədəniyyətimi gözləyirəm. Düzdü, abrını, mədəniyyətini gözləyən insanlar həyatda çətinliklə nələrəsə nail olurlar. Bu hal məni kədərləndirir. İndi Həsən də qəlyan çəkir, Hüseyn də. Atam, anam mənə ad verib, fəxri adı verməsələr də dərd çəkmirəm” deyə sənətçi bildirib.

 

Arzu Rzayev daha sonra əlavə edib.

 

“Bəzən qalmaqal, ajiotaj yaratmaq istəyən jurnalistlər də olur. Bu da onların vicdanına bağlı bir şeydir. İllər öncə müsahibədə demişdim ki, mən şanson oxuyanda nə Eyyub Yaqubov, nə də İlqar Sail oxumurdu. Bu danılmaz faktdır, illərə də baxa bilərsiniz. Eyyubu 16 yaşından tanıyıram, yaxşı pianoçu idi. Hər ikisi də yaxın dostlarımdır. Bu sadəcə suala uyğun verilən cavabdır, məqsəd Eyyubla, İlqar Sailin xətrinə dəymək deyildi. Mən ümumiyyətlə nə maqazin verilişlərinə, nə də digər verilişlərə getmirəm. Heç kəsdə işim yoxdur, mənimlə işləri olmasın. İndi verilişlərdə ya nəsə yemək bişirirlər, ya da kimisə sağaldırlar. Elə verilişlər də olur ki, özümü ictimai xadim, mütəxəssis kimi hiss edirəm” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button