M.Ə.Rəsulzadə Novruz Bayramı haqqında- Nəsiman Yaqublunun təqdimatında

“Klassik Şərq ədəbiyyatının doymadan tərənnüm etdiyi Novruzun müxtəlif mədəniyyətlərin qarşılaşdığı Azərbaycanda özəl bir yeri vardır.Novruz ənənələrini masallardakı(nağıl,dastan) Cəmşidin taxta çıxmasına bağlayan İran rəvayəti bu cülus(taxtaıxma mərasimi)mərasimini Azərbaycanda təsəvvür edir.Klassik sözlük “Burhani-Qat”-ın yazdığına görə Cəmşid dünyanın hər tərəfini gəzmiş,Azərbaycana gəlmiş, burasını bəyənmiş,gündoğuşa baxan yüksək bir təpənin üstündə bir taxt qurduraraq,şahanə əlbisələr geymiş olduğu halda bu taxta cülus etmişdir.Başında qaşlı-daşlı və şaşalı bir tac varmış.Günəş tulu edib işığı bu tac və taxta düşüncə bütün o yerləri nura qərq etmiş və hər kəs bu durumu xeyirə yozaraq olduqca sevinmiş və bu günü Yenigün deyə elan etmişlərdir…

 

Sasanilər dövründə mutad(daimi) olan Novruz ənənəsi Yezdigərd zamanında ilqa(aradan qaldırılmışdır) edilmişdir.Ərəb istilası üzərinə müsəlman olan İranda bu ənənə ihmal (unutma) edilmişdir.Sünni İran Novruzu biməmişdir.İranı türklərdən mütəşəkkil əsgəri bir qüvvətlə zorlayaraq şiəlik yapan Səfəvilər bu ənənəni ehya(diriltmə) etmişlər.Şiəliyin təsiri ilə “Cəmidin” taxtına “Həzrət Əli” çıxmışdır.

 

Milli hökumətin qurulmasına təqəddüm edən illərdə şəkilləşən milli hərəkat və ümumi türkçülük davasında Novruz və ya Yeni Günün özəl bir yeri olmuşdur.

 

Türkçülük və millətçilik yoluna girən Azərbaycanda Novruz Bayramı Cəmşid və ya şiə Səfəvi ənənələrinə deyil, Ərgənəkon əfsanəsinə bağlanır,və adına da Qurtuluş Bayramı deyilirdi…Əsrlərcə özlərini çevirən dağlar arasında mahsur(mühasirədə) qalan Türklər bir dəmirçinin mərifəti və Bozqurdun dəlalətiylə əsarətdən qurtularaq geniş dünyaya qovuşmuş,

və azad olmuşlar.9 martda baş verən bu uğurlu hadisə yeni təqvimlə 21 marta təsadüf edən bir Yenigündə,bir Novruzda olmuşdur. 

 

İran-Turan ənənələrini özündə birləşdirən Novruz Bayramı Azərbaycandakı ğözəlliyi ilə həddən ziyadə gerçək bir təbiət, həyat və hürriyyət bayramı olaraq, xalq kütlələrinin adət və ənənələrində yer almaqda və əsil dəyəri də bu nöqtədədir”.

 

(Bax: M.Ə.Rəsulzadə.”Novruz Bayramı” məqaləsi, “Azərbaycan” jurnalı, Ankara, yıl-3,sayı-12(24),mart, 1954-cü il.)

 

 (Bax: N.Yaqublu, “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”,B., 2013, 506 səh. 321-322-ci səhifələrdə).

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button