“Sabitliyi pozmaq riski daşıyır…” – Makronun vahid Avropa ordusu ideyası tənqid edildi…

Fransa prezidentinin irəli sürdüyü NATO-ya alternativin yaradılması qitədəki sabitliyi poza bilər.

Moderator.az xəbər verir ki, bu fikri “The Daily Telegraph” qəzetinə müsahibəsində Polşa baş nazirinin müavini Pyotr Qlinski bildirib. Emmanuel Makronun Avropa ordusu yaratmaq təklifi qitənin sabitliyini pozmaq riskini daşıyır” deyən Polşa baş nazirinin müavini Avropa İttifaqının genişmiqyaslı münaqişədə iştirak etməyə hazırlığını da şübhə altına alıb.

Polşalı siyasətçinin şərhləri Fransa prezidentinin Aİ-də öz silahlı qüvvələrini təşkil etmək üçün yeni cəhdlərinə cavab olaraq verilib. Nəşr izah edir ki, Makron Avropanın ABŞ və NATO-dan asılı olmayaraq hərəkət edə bilməsini istəyir və Ukrayna böhranının qitədə “dövrü dəyişdiyini” təkid edir.

Eyni zamanda, Fransa lideri Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının alyansın strateji rolunu aydınlaşdırmağa kömək edəcəyinə ümid etdiyini bildirib. The Daily Telegraph qeyd edir ki, Makron 2019-cu il verdiyi şərhində hərbi blokun “beyninin ölümü” ilə bağlı dediyi sözlərdən imtina etmədiyini vurğulayıb, indiki böhranın isə NATO üçün “elektrik şoku” ola biləcəyini ehtimal edib.

Bununla belə, Qlinski mövcud status-kvoya tam dəstək nümayiş etdirir. “Uzun illər keçib, amma o, yaranmayıb, ona görə də mən Avropa ordusuna inanmıram. Bu yaxşı fikir deyil”, – deyə o bildirib.

“Mən NATO-ya üstünlük verirəm. Fikrimcə, ABŞ və Böyük Britaniyanın rolu daha vacibdir, ona görə də Avropa ordusundan danışmaq vəziyyəti sabitləşdirməyəcək”, – deyə baş nazirin müavini əlavə edib.

O, breksitin Böyük Britaniyanın Ukrayna böhranına vaxtında reaksiya verməsinə mane olması ilə bağlı təklifləri rədd edib. Əksinə, onun fikrincə, ölkənin Aİ-dən çıxması London, Varşava və Kiyev arasındakoalisiyanın yaradılmasına şərait yaradıb.

Polşa bu günə kimi 2 milyondan çox ukraynalı qaçqın qəbul edib və onun Qlinskininmütəşəkkil möcüzə” adlandırdığı humanitar yardımı bütün dünyada rəğbət doğurub. Bununla belə, ölkə hələ də Varşavanı demokratik hüquqları pozmaqda ittiham edən Brüsselin sanksiyaları altındadır, – deyə məqalədə vurğulanır.

“Aİ real maddi dəstək vermir. Danışıqlar gedir. Vədlər verilir. Amma biz pulumuzu xərcləyirik. Biz insanlarımızı təşkil edirik və bu vəziyyətdə əlimizdən gələni etməyə çalışırıq. Digər tərəfdən isə Polşaya qarşı siyasi motiv daşıyan sanksiyalar öz fəaliyyətini davam etdirir”, – deyə baş nazirin müavini şikayət edib.

Eyni zamanda, Qlinski münaqişənin potensial genişlənməsi halında Aİ-nin döyüşmək istəməyəcəyindən ehtiyat etdiyini bildirib. Ukraynada gördüyümüz kimi döyüş hazırlığı ən vacib amildir. Çünki silahınız, texnologiyanız olsa belə, dəyərlərinizi, ailənizi, xalqınızı qorumaq üçün canınızı qurban verməsəniz çox zəif görünərsiniz. Və mən müasir Avropanın belə bir qarşıdurmaya hazır olduğuna əmin deyiləm, – deyə o bildirib.

Bundan əlavə, baş nazirin müavini Aİ-nin Moskva ilə qarşılıqlı fəaliyyətini kəskin tənqid edib. “Avropa İttifaqı, xüsusən də Almaniya və Rusiya arasında münasibətlər illərdir fəlakətli olub. Biz isə Avropa İttifaqının bir hissəsi olaraq bu münasibətlərin və bu asılılığın bədəlini ödəmişik”, – deyə Qlinski əminliyini ifadə edib.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button