“O, Hacı Zeynalabdin Tağıyevə bərabər bir insandır…”

“Mübariz Mənsimov gözəl insandır, xeyriyyəçidir. Ehtiyacı olan insanlara kömək edən, Türkiyədə təhsil alan tələbələrimizin təhsil haqqını ödəyən bir insandır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov iş adamı, xeyriyyəçi Mübariz Mənsimovu doğum günü münasibətilə təbrik edib:
“Mübariz bəyin doğum gününü təbrik edirəm. Allah ona can sağlığı versin. Hər dəfə eşidəndə ki, Türkiyədə təhsil alan tələbələrimizin təhsil haqqını ödəyəcək, ürəyim açılır. Ona yeni yaşında uğurlar, uzun ömür arzulayıram. Bir müddət həbsdə qaldı və buna görə çox narahat olduq. Allah eləsin bundan sonra bir daha başına belə iş gəlməsin. O, Hacı Zeynalabdin Tağıyevə bərabər bir insandır. Əsl müsəlmandır, kişidir”.
Qeyd edək ki, “Palmali”-nin yeni təqaüd proqramının qeydiyyat tarixi 2022-ci il aprel ayının 1-30 tarixləri arasında başlayacaq.
Vasif Əlihüseyn