Rusiya G20-dən kənarlaşdırıla bilər

“Avropa Ədaləti” nəşri “Reuters”ə istinadən xəbər verir ki, ABŞ və onun Qərb müttəfiqləri Ukraynanın işğalından sonra Rusiyanın G20 əsas iqtisadiyyatlar qrupunda qalıb-qalmamasını qiymətləndirirlər.

 

G7-nin yüksək səviyyəli mənbəsi Rusiyanın G20-nin bir hissəsi olmasının məntiqli olub-olmaması ilə bağlı müzakirələrin olduğunu deyib: “Rusiya üzv olaraq qalarsa, o, daha az faydalı vahidə çevriləcək”.

 

Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan ABŞ prezidenti Co Baydenin müttəfiqləri ilə görüşündə Rusiyanı G20-dən sıxışdırmağa çalışıb-çıxmayacağı sualına cavabında deyib: “Biz hesab edirik ki, Rusiya üçün beynəlxalq qurumlarda və beynəlxalq ictimaiyyətdə həmişəki kimi əlaqələri ola bilməz”. 

 

Onun sözlərinə görə, Birləşmiş Ştatlar başqa açıqlamalar verməzdən əvvəl müttəfiqləri ilə məsləhətləşmələr aparmağı planlaşdırır.

 

Avropa İttifaqındakı mənbə indi İndoneziyanın rəhbəri olduğu G20-nin qarşıdakı görüşlərində Rusiyanın statusunun müzakirəsini ayrıca təsdiqləyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button