2016 lələtəpə fatehi, şəhid Pəncəlinin mövlud günüdür.

Öz toyunda düşməndən intiqam alıb şəhid olmağı və üçrəngli bayrağımıza bükülüb dəfn olunmağı arzulayan Pəncəli Teymurov -1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbini bitirib. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Daha sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.

2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli, 4 erməni zabitin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir. Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına bir milyard dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər.

Bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.

Pəncəli Teymurov 2016-cı ilin aprel ayının əvvəlində, “Lələtəpə” yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button