“Lütfən, bir daha Ukrayna ordusunun NATO standartlarına uyğun olmadığını deməyin…”

“Biz Avropada və dünyada ümumi təhlükəsizlik üçün nə qədər töhfə verə biləcəyimizi göstərdik.  NATO isə hələ Alyansın nə edə biləcəyini göstərməyib…”

 

Rusiya işğalı zamanı Ukrayna Silahlı Qüvvələrinin davranışları onların peşəkarlığını sübut etdi.

 

Moderator.az  “Gordon”a istinadla xəbər verir ki, bunu martın 24-də NATO-nun fövqəladə sammitində video-bağlantı vasitəsilə danışan Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.

 

Çıxışın stenoqramı Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.

 

“Sizdən tələb etdiyim tək şey… Bu, hərbçilərimizin xatirinə bir xahişdir… Bir aylıq belə müharibədən sonra, lütfən, bir daha bizə ordumuzun NATO standartlarına uyğun olmadığını deməyin. Biz bizim standartlarımızın nəyə qadir olduğunu,  Avropada və dünyada ümumi təhlükəsizlik üçün nə qədər töhfə verə biləcəyimizi, dəyər verdiyimiz hər şeyi təcavüzdən qorumaq üçün nələr edə biləcəyimizi göstərdik.  NATO isə hələ Alyansın nə edə biləcəyini göstərməyib”, – Zelenski vurğulayıb.

 

Ukrayna lideri əlavə edib ki, dünya və Ukrayna Şimali Atlantika Alyansından “real hərəkətlər və real təhlükəsizlik zəmanəti” gözləyir.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button