“Başa düşürsən ki, əslində sənin həyatında heç nə dəyişməyib, sadəcə özün bilirsən ki…”

“40 yaşım tamam oldu. Hər zaman düşünürəm, ətrafımdakı insanlardan soruşuram ki, mənə 40 yaş verərsiniz? Qəribədir, 40 yaşları olanda qadınlar bir az panikaya düşürlər, xəyalları ölür. Amma başa düşürsən ki, əslində sənin həyatında heç nə dəyişməyib, sadəcə olaraq özün bilirsən ki, 40 yaşın var. Özümü 40 yox, 38 yaşında hiss edirəm. Niyə? Çünki iki il pandemiyada biz demək olar ki, yaşamadıq, süründük. İnsan özünü hansı yaşda hiss edirsə, o yaşdadır”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa-aparıcı Zümrüd Qasımova deyib. O daha sonra əlavə edib.

“Mən düşünürəm ki, qadını yaşadan sevgi, diqqət, qayğıdır. Çox şükür ki, onların hamısı məni əhatə edib, doya-doya yaşayıram. İnanıram ki, 40 yaşımdan sonra həyatım daha gözəl olacaq. Allah izn versə planlarım var. 40 yaşdan sonra 50 yaş gəlir. Bu 10 illikdə çox şeylər etmək lazımdır. Keçmişdə çox çətin günlərim olub, bunların hamısı geridə qalıb. Bundan sonra ancaq gözəl şeylər arzulayıb, yaşamaq istəyirəm. Çünki həyat çox qısadır” deyə aktrisa bildirib.

 

“Sənət üçün etdiklərinizin qarşılığını görürsünüz?” sualına isə tanınmış aktrisa belə cavab verib.

 

“Əlbəttə ki, hər bir sənət adamı öz əziyyətinin bəhrəsini görmək istəyir. Amma nə deyim?! Mən sevdiyim işlə məşğulam. Nə vaxtsa dəyər verərlərsə sevinərəm, dəyər verməzlərsə canları sağ olsun. Əlbəttə ki, bizlərə qalan alqışlar və tamaşaçı sevgisidir. Qalan hər bir şey nisbidir” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button