Suriyada, Qazaxıstanda və Ukraynada Rusiyaya dəstək verən Ermənistan ordusu Pirlərdə niyə görünmür?

Son günlərdə Qarabağda baş verənlərə reaksiya verməyən Ermənistan səssizliyini pozaraq növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd etdir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ erməniləri qaz və elektrik problemlərini qabartdığı bir vəziyyətdə erməni mediası Pirlər və Fərrux istiqamətində Azərbaycanın irəlləməsi barədə hay-küy saldılar. Erməni seperatçıları sülhməramlıların kənddə yerləşən bölməsindən Azərbaycana qarşı istifadə edilməsi və rus hərbçisinin bu və ya digər şəkildə xəsarət alması üçün fəaliyyətlərini davam etdirirlər. 

 

Azərbaycan Ordusu öz ərazilərində, hətta Xankəndində istənilən yerdəyişməni həyata keçirməkdə sərbəstdir. Əgər biz bu gün Xankəndinə girmiriksə, buna görə “sağ ol” deməlidirlər. Azərbaycan Ordusunun Ağdam Pirlər kəndi və Fərrux yüksəkliyi istiqamətində 1-2 texnika və ya tağım tərkibində planlı yerdəyişməsi, ermənilər tərəfindən “genişmiqyaslı hücum əməliyyatlı” kimi qarşılanıb. 

 

Maralıdır ki, Suriyada, Qazaxstanda və Ukraynada Rusiyaya dəstək verən Ermənistan ordusu Pirlərdə və ya Fərruxda niyə görünmür? Hanı “dəmir dümür” daşıyan erməni generalları? Hanı Ermənistanın bərpa olunan hərbi potensialı?  Ermənistanın və Qarabağın “məğlubedilməz unitaz ovçuları”harda itib-batıb? Niyə Arayikin, Vitalinin, Samvelin səsi gəlmir? Deyəsən rusun tumanı altında gizlənənlərin belə nitqi batıb. 

 

İstənilən halda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bütün Qarabağ ərazisi, o cümlədən Pirlər də, Fərrux da, Xankəndi də Azərbaycan ərazisidir. Bu ərazilərin 1 sm-dən Azərbaycan imtina etmək niyyətində deyil. Ən geci 45 aya qədər, bəlkədə daha tez, rus sülhməramlıları ərazini tərk etməlidirlər. Real vəziyyətdə isə rus əsgərinə Kreml Ukraynada ehtiyac duyur. İstəsələr tez də gedə bilərlər, bu daha üzüsulu olar.  

 

Qaz məsələsinə gəldikdə isə Ermənistandan başqa bir çox beynəlxalq təşkilatlardan Azərbaycanın ünvanına etirazlar səslənir. Etirazların əsas mahiyyəti bundan ibarət idi ki, Qarabağda ermənilər üşüyür, hava soyuqdur, Bakı onların qaz təchizatını bərpa etməlidir. Burada həmin etirazları səsləndirənlərə çox sayda suallarım yaranır: 

 

1.Uzun illər ərzində 1 milyon azərbaycanlı dəmir vaqonlarda və çadırlarda soyuqda donanda harda idiniz?

 

2.Ermənistan işğal etdiyi Laçın və Şuşa ərazisindən icazəsiz bu qaz xəttini çəkəndə harda idiniz?

 

3.Ermənistanın Azərbaycanın tikdiyi Sərsəng su anbarından azərbaycanlılara yayda su verməyəndə, qışda isə artıq su buraxıb evləri su altında qoyanda harda idiniz?

 

4.30 il ərzində Ermənistan Azərbaycana Naxçıvana qaz ötürməyə imkan verməyəndə harda idiniz?

 

5.16 aydır Ermənistanın məğlub tərəf kimi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyəndə harda idiniz?

 

6.Xocalı soyqırımından Gəncə qətliamına qədər olan müddətdə harda idiniz?

 

7.Azərbaycanın əraziləri, o cümlədən ətraf rayonlar, Qarabağın tamamı, Naxçıvanın bir, Qazaxın isə 7 kəndi işğal olunanda harda idiniz?

 

Sualları uzatmaq olar, amma məncə kifayətdir. Zəngəzurda, Qarabağda və Ukraynada baş verənlərdən sonra, yenə də kimsə ikiüzlülük edirək dünya üçün seperatizmin törətdiyi ağır fəsadlarını görmürsə, deməli onun insanlıqda heç payı yoxdur. 

 

Ukrayna da daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə yardım edən Azərbaycan, nə qədər yolunu azmış olsalar belə, Qarabağdakı cinayət törətməyən ermənilərin qayğısına qalacaq. Yetər ki, rus sülhməramlıları və Ermənistan tərəfi həmin ərazilərdən erməni silahlıları (yəni kimliyindən asılı olmayaraq əlində silah tutan istənilən ermənini) və texnikaları həmin ərazidən çıxarsın, cinayət törədən seperatçıları Azərbaycana təslim etsin, sərhədləri təyin edilməsi ilə paralel şəkildə sülh sazişinin hazırlanmasına başlasın. Bu baş verməyənə qədər nə Ermənistandakı, nə də Qarabağdakı rəhbərlər rahat nəfəs almayacaq. Bunun isə mənfi təsirlərini həm yerli əhali, həm də rus sülhməramlıları hiss edəcək. Fərrux və Pirlərin nəzarətimizə keçməsi əvəzində qaz xəttinin müvəqqəti açılmasını da istisna etmək istəmirəm. 

 

Əgər yerli erməni əhali davamlı qaz, su, yol və normal həyat istəyirsə, bunun bir yolu var ki, o da Azərbaycan pasportu daşımaqla qanunlarımıza tabe olmaqdan və ərazidəki silahlıları oralardan çıxarılmasını tələb etməkdən ibarətdir. Naxçıvana Mehridən keçəcək qaz xəttini Ermənistan daha erkən bərpa edərsə, bundən sonra Azərbaycan da Qarabağa gedən qaz xəttinin taleyinə daha uzunmüddətli aydınlıq gətirə bilər. Yəni bu məslələrin həlli Qarabağ və Ermənistan sakinlərindən daha çox asılıdır. 

 

Qaldı rus sülhməramlıları və seperatçı rejimin məhrəm münasibətlərinə, xatırladıram ki, kimsə Azərbaycan qanunlarından özünü yuxarıda və Azərbaycan torpaqlarında özünü olduğundan böyük görməli deyil. Əgər buna kimsə cəhd edərsə, onun himayədarları ilə birlikdə gözünü elə Fərruxun və ya Pirlərin göbəyində tökərik! Buna kimsənin şübhəsi olmasın! 

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button