“Hər kəs ön cəbhədədir…” – Könüllülər paytaxtı necə qoruyur…

Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin ilk günlərindən başlayaraq artıq yüz minlərlə ukraynalı könüllü olaraq silaha sarılıb. Onlar bu qərarlarını öz azadlıqlarını qorumaq istəyi ilə izah edirlər.

Moderator.az Almaniyanln “Deutsche Welle” (DW) nəşrinin Kiyevin müdafiəsində duran könüllülər haqqında hazırladığı yazını təqdim edir.

Ukrayna əsgəri Kiyev yaxınlığında cəbhə xəttində

 

Ukraynalılar fevralın 24-də Rusiya aviasiyasının Ukrayna ərazisinə ilk hava zərbələrindən dərhal sonra hərbi komissarlıqlara gəlməyə başlayıblar. Bir neçə gün ərzində birinci əməliyyat mərhələsinin hərbi xidmətə çağırışlılarının səfərbərliyi başa çatmışdı. Eyni zamanda şəhərlərdə ərazi müdafiə dəstələri formalaşırdı. Hətta döyüş təcrübəsi və ibtidai hərbi hazırlığı olmayan kişilər və qadınlar da silaha sarılıblar.

Mebel biznesindən qumbaraatana qədər

Əsl adının açıqlanmasını istəməyən “Tornado” ləqəbli Kiyev ərazi müdafiə briqadasının 35 yaşlı döyüşçüsü hələ 2014-cü ildə Donbassda hərbi əməliyyatlar başlamamışdan əvvəl Luqanskdan Kiyevə köçüb. O, mebel istehsalatı və xidməti üzrə uğurlu biznesmen idi. 2022-ci il fevralın 24-də Kiyev rus qoşunlarının ilk aviazərbələrindən titrəyən kimi o, hərbi komissarlığa gələrək ərazini müdafiə dəstəsinə daxil olub.

“Hansısa gəlmələrin məni qul etmək istəməsinə qəzəbləndim. Mən qul deyiləm! Mən azad insanam! Ona görə də həyat yoldaşım, oğlum və ev heyvanlarım üçün ərzaq ehtiyatı alıb qoyaraq əlimə avtomat götürüb işğalçıları parçalamaqdan başqa çıxış yolum qalmadı”, – deyə döyüşçü DW-yə müsahibəsində izah edib.

Müharibədən əvvəl “Tornado” ləqəbli döyüşçü uğurlu bir iş adamı idi

 

O, heç bir hazırlıq olmadan ilk döyüş mövqeyinə düşdü, artıq yerindəcə daha təcrübəli döyüşçülər ona atəş açmağı öyrətdilər. “Əvvəl xaos idi, gecə-gündüz çöldə qalmalı, betonun üstündə yatmalı oldum. Döyüş təcrübəsi olan uşaqlar və ovçular mənim kimi təcrübəsiz insanlarla konserv və qatılaşdırılmış süd verir, bizə atəş açmağı, səngər qazmağı, müdafiəni təşkil etməyi öyrədirdilər“, – deyə Tornadobildirirb. Onun sözlərinə görə, daima şaxtada və yuyunmaq şəraitindən məhrum olduğundan üzünün və bədənnin dərisi soyulmağa başlayıb, əllərində isə, xüsusilə də barmaqlarında çatlar əmələ gəlib və hələ də sağalmır.

Bütün rotadan yalnız yeddi nəfər bu çətinliklərə dözə bilməyib, ərazinin müdafiəsi ilə bağlı müqaviləni pozaraq evlərinə qayıdıblar. Tornadoisə hazırdastrateji obyektiqoruyur və artıq qızdırılan otaqda yatmaq və döyüşçülərin könüllülər tərəfindən təmin edilən ərzağından istifadə etmək imkanına malikdir. Ukrayna Silahlı Qüvvələri bizə yataq çantaları və isti alt paltarları verdi. Hər şey əla keyfiyyətdədir, ancaq yalnız martın 3-də mən tamamilə hərbi geyimə keçə bildim və bundan əvvəl mülki geyimdə idim. İndi həkimimiz, çoxlu dərmanlar, corab ehtiyatları və digər əşyalarımız var. Amma yenə də taktiki eynək, əlcək, gülləkeçirməz jilet və dəbilqəyə ehtiyacımız var”,deyə “Tornadobildirib.

Kiyev küçəsindəki keçid məntəqəsi

40 yaşlı Aleksandr Kolot hərbi əməliyyatlar başlamazdan əvvəl İT şirkətində işləyib. Fevralın 24-də səhər partlayış səsinə oyanmış və artıq günorta hərbi komissarlığa getmişdi, lakin ora bağlı idi. Oraya yığılmış adamlardan rus qoşunlarının Kiyevin Obolon bölgəsinə girmək ehtimalını və birbaşa paytaxt küçələrində silahların paylanması barədə eşidir. Lakin ona silah çatmır. Barrikada quran mülki geyimli kişiləri görüb onlara qoşulur. Əvvəlcə bütün gecəni səngər qazır, sonra isə onlarla qalaraq ərazi müdafiəsi döyüşçüsü olur.

“Əvvəl öz başımıza idik, sonra ərazi müdafiə briqadası ilə müqavilə bağlayanlar bizə qoşuldular. Ancaq qalanlarımız yalnız iki həftə sonra, Silahlı Qüvvələrə bağlı komandir gələndən sonra müqavilə bağlaya bildik”, – deyə Kolot bildirir. O, aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən fərqli olaraq, ərazi müdafiəsi üzrə könüllülər heç bir maaş almırlar, amma istənilən vaxt müqaviləni ləğv edə bilərlər.

“Əvvəlcə, istədiyiniz zaman deyil, yalnız imkan düşəndə yata bilməyə uyğunlaşmaq çətin idi. Artıq buna öyrəşmişəm, – deyə Kolot söyləyir. İndi o, Ukrayna Silahlı Qüvvələrinin geyimindədir, lakin zirehli jileti öz hesabına alıb. O, Kiyevdə qalan, döyüşçülərə çay və kofe çatdıran mülki əhalinin, səhra mətbəxi yaradan və əsgərlərə yemək verən könüllülərin köməyini yüksək qiymətləndirib.

Mənim rotamdakı adamların əksəriyyəti döyüş təcrübəsi olan və rusiyalılarla vuruşmuş donbaslılardır. Xersonlular, odessalılar da varSiyasi baxışlar fərqlidir. Amma heç kim buna fikir vermir, hamı qardaş kimidir“,deyə Aleksandr Kolot izah edib.

Hər kəs ön cəbhədədir

Kiyevdə ən təhlükəli mövqelər şiddətli döyüşlərin davam etdiyi Buçi, Qostomel və İrpen bölgələrinin şimal-şərq əraziləri olaraq qalır. “Hamı ön cəbhədədir Silahlı Qüvvələr, Milli Qvardiya, sərhədçilər, ərazini müdafiə, polis, Təhlükəsizlik Xidməti, kəşfiyyatçılar, könüllü batalyonlar… Silahı ancaq hərbi kafedralarda görən gənclər təcrübəli döyüşçülərlə birlikdə döyüşə can atırlar”, – deyə 62 yaşlı ehtiyatda olan sərhəd xidmətinin mayoru Yuri Kulaçek DW-yə bildirib. Müharibədən əvvəl onun mərmər istehsal edən mədən biznesi olub, iki il Donbassda Ukraynanı müdafiə edib və ordudan tərxis olunub. Lakin fevralın 24-dən sonra o, öz bölməsinə qayıdıb və hazırda Kiyev ətrafını, Jitomir şossesi yaxınlığındakı əraziləri qoruyur.

“Biz əsgərlər Xerson, Melitopol və Berdyanskda işğalçılara qarşı mitinqlərə silahsız çıxan dinc əhalidən, işğal olunmuş Qostomeldən çıxmağı bacarmış insanların cəsarətindən çox ruhlanırıq. Dinc əhali isə bizdən, rusiyalılarla necə vuruşduğumuzdan nümunə götürür. Bu, bizim döyüşçülərimizə güc və enerji verən elə qarşılıqlı ilhamdır ki, sözlə sizə çatdıra bilmirəm”,deyə Kulaçek izah edib. O, 2016-cı ildə yaşından asılı olmayaraq onunla birlikdə tərxis olunan hər kəsin yenidən könüllü olaraq cəbhəyə qayıtmasını yüksək əhval-ruhiyyənin göstəricisi adlandırıb.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button