Azərbaycanın birinci Prezidentinin cənazəsi Heydər məscidinə gətirildi və…-Yenilənib

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun cənazəsi gecə saatlarında Heydər məscidinə gətirilib. Məsciddə dinimizə uyğun bütün ayinlər icra edilib”.

Bunu Moderator.az-a eks-prezidentin mətbuat katibi Qulu Həsənzadə söyləyib.

Mətbuat katibinin sözlərinə görə, Azərbaycan Prezidentinin göstərişi ilə  mərasimin xərcləri   dövlət tərəfindən ödənilib.

“Azərbaycanın birinci Prezidenti ilə vida mərasimi və onun dəfn yeri haqda yaxın saatlarda məlumat veriləcək” – Q.Həsənzadə əlavə edib.

11.30.

Birinci Prezidentin mətbuat  katibinin rəsmi mənbələrə istinadla verdiyi son açıqlamasına görə, sabiq dövlət başçısı Ayaz Mütəllibovla  vida mərasimi  saat 13:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində (“Şəhriyar” adına mədəniyyət klubunda -red.) keçiriləcək.

Mərhum eks-prezidentin I Fəxri xiyabanda saat 15:00 radələrində dəfn olunacağı gözlənilir.

Mərhumun doğma və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!..

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button