Azərbaycanın birinci Prezidentinin cənazəsi Heydər məscidinə gətirildi və…

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun cənazəsi gecə saatlarında Heydər məscidinə gətirilib. Məsciddə dinimizə uyğun bütün ayinlər icra edilib”.

Bunu Moderator.az-a eks-prezidentin mətbuat katibi Qulu Həsənzadə söyləyib.

Mətbuat katibinin sözlərinə görə, Azərbaycan Prezidentinin göstərişi ilə  mərasimin xərcləri   dövlət tərəfindən ödənilib.

“Azərbaycanın birinci Prezidenti ilə vida mərasimi və onun dəfn yeri haqda yaxın saatlarda məlumat veriləcək” – Q.Həsənzadə əlavə edib.

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button