Həmidə Ömərovanın “oğlu”nun toyu oldu

Tanınmış aktyor Zaur Əliyev subaylığın daşını atıb. Şəhər restoranlarından birində baş tutan toyda aktyorun sənət dostları, bir çox xalq artistləri və yaxın qohumları iştirak edib.

Zaur Əliyev təəssüratlarını Moderator.az – la bölüşüb.

“Toy bir bayramdır. Bu bayramı sənət dostlarımla, qohum-əqraba, dost-tanışımla birlikdə qeyd etdim. Toy istədiyim kimi keçdi. Bütün teatrlardan qonaqlar dəvət olunmuşdu. Bəzi sənət dostlarım çəkilişdə və tamaşada olduğuna görə gələ bilməmişdilər, amma hamısının təbriklərini almışam. Tək-tək adlarını qeyd etmək istəmirəm, amma toyuma gələn bütün sənətkarlara, sənət dostlarıma öz təşəkkürümü bildirirəm. Allah hamıya bu cür toy nəsib etsin. Ən əsası odur ki, öz ailə həyatımdan da çox razıyam. Hər kəsə öz sevdiyi şəxslə, daşınıb-düşünüb ailə həyatı qurmasını arzulayıram. Mən məhz elə etdiyimə görə 31 yaşıma qədər gözlədim” deyə aktyor bildriib.

Qeyd edək ki, Zaur Əliyev Akademik Musiqili Teatrının aktyorudur. Sənətçini böyük tamaşaçı kütləsinə “Ata ocağı” serialında Elçin obrazı tanıdıb. Aktyor serialda xalq artisti Həmidə Ömərovanın oğlu obrazını oynayıb.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button