“Rusiyada at izi it izinə qarışdığından yeni “Jirinovskilər” peyda olmağa başlayıb…”

Rusiyanın Ukraynaya həyasızcasına müdaxiləsi bu şər imperiyasının maskasını sonadək cırmış oldu və bəşəriyyət necə bir bəla ilə üz-üzə qaldığını hiss etməyə başladı. Acınacaqlısı odur ki, qara məni basınca mən qaranı basım məsəlində olduğu kimi təkcə Putin və yaxın ətrafı deyil, az qala bütün Rusiya siyasətçiləri, deputatları faşizm ovqatına kökləniblər və məsuliyyət hissini tamamilə itiriblər. 

Elə ağzının danışığını bilməyən faşizm zavallısı Mixail Delyagin kimi. Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini olan bu məxluq o qədər qabağa gedib ki, söylədiklərinin başından böyük qələt olduğunu dərk etməyib. Deputat Azərbaycanı aqressor adlandıraraq bizim neft sənayemizə hərbi zərbə endirməyi də təklif etməyi unutmayıb. 

Görəsən cəmisi 1 ay öncə Rusiya ilə müttəfiqlik sazişi imzalayan Azərbaycana qarşı bu cür yaramaz davranışlar nədən qaynaqlanır? Təbii ki, əgər iki gün öncə Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı ikiüzlü açıqlaması olmasaydı, bu deputatın çıxışını da özfəaliyyət adlandırmaq olar, üstündən sükutla keçilərdi. Amma görünən odur ki, Moskva artıq Ukraynanı raketlərlə yerlə yeksan etməsindən sonra dolayısı ilə istədiyi yerə həyasızcasına hücum edə biləcəyinə işarə edir.

Elə fikrini öyrəndiyimiz istiqlalçı deputat Vahid Əhmədov da baş verənlərin bir mərkəzdən idarə olunduğu qənaətinbdədir:

“Hesab edirəm ki, Milli Məclis Rusiya Dövlət Dumasına öz etirazını bildirməli və Mixail Delyaginin Azərbaycandan üzr istəməsini tələb etməlidir. O, sıravi bir deputat da deyil və komitə sədrinin müavinidir. Ona görə də kimsə “bu onun şəxsi fikridir” deməklə yaxasını kənara çəkə bilməız. Onun bu açıqlaması iki ölkə arasında mürəkkəbi hələ qurumamış müttəfiqlik sazişinə qarşı hörmətsizlikdir və buna görə də cavab verməlidir. Bu gün Rusiya bütün dünyanın sanksiyaları ilə üz-üzə qalıb və təklənmiş duruma salınıb. Belə bir həssas dönəmdə yeni dostlar qazanmaq əvəzində dost itirmək, müttəfiqinə qarşı yolverilməz ifadə işlətmək heç rəsmi Moskvanın da işinə yaramaz. Amma görünür ki, Ukraynaya müdaxilənin ardından Rusiyada at izi it izinə qarışdığından yeni Jirinovskilər peyda olmağa başlayıb və onlar ermənilərdən aldıqları ianələr hesabına Azərbaycana qarşı yolverilməz ifadələr işlətməyə həvəsləniblər. Onların həvəslərini boğazlarında qoymaq üçün Azərbaycanın kifayət qədər imkanı var və bu cür açıqlamalar əslində Rusiyanın öz quyusunu qazmaqdır. Düşünürəm ki, tezliklə bu deputat haqq etdiyi cəzanı alacaq, daha doğrusu, almalıdır, yoxsa Bakıda belə anlaşılacaq ki, bu, təkcə bir deputatın deyil, Dövlət Dumasındakı çoxluğun fikridir”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button