“Qarabağ erməniləri soyqırıma məruz qalacaqlar…” -Paşinyandan məkrli bəyanat

“Ermənistan baş nazirinin – özü də Azərbaycan dövlət başçısı ilə gözlənilən görüş öncəsi – Qarabağdakı ermənilərin guya Azərbaycan tərəfindən soyqırımına məruz qalacağı haqda danışmağa heç bir əsası, hüquqi və mənəvi haqqı yoxdur…”

 

“Azərbaycan Qarabağ “müdafiə ordusu”nun hissələrinin çıxarılmasını tələb etməklə özü ilə ziddiyyət təşkil edir”. 

 

Moderator.az xəbər verir ki, “SputnikArmeniya”nın yazdığına görə, bu kimi sərsəm fikirləri baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.

 

Azərbaycanlıların məhz ermənilər tərəfindən törədilmiş 31 mart  soyqırımı gününə təsadüfən edən çıxışında qəsbkar ölkə rəhbəri xatırladıb ki, 2021-ci il noyabrın 26-da Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən müşavirədə Azərbaycan prezidenti açıq şəkildə bəyan edib ki, kommunikasiyaların açılması istisna olmaqla 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün müddəaları yerinə yetirilib. İndi Bakı Qarabağın “müdafiə ordusu”nun çıxarılmasını tələb edir.

 

 

“Qeyd edirəm ki, bizim nöqteyi-nəzərimizdən hərbi əsirlərin, girovların və zorla saxlanılan digər şəxslərin qaytarılması məsələsi də birmənalı həllini tapmayıb. Biz bu istiqamətdə işlərimizi davam etdiririk”, – deyə o bildirib.

 

Bütün bunlar, o cümlədən Əliyevin özünün əvvəlki bəyanatları göstərir ki, Ermənistan ordusunun çıxarılması tələbi məqsədlidir”- Paşinyan əlavə edib.

 

“”Müdafiə ordusu”nun Qarabağdan çıxarılması ermənilərin çıxarılması demək olacaq və Azərbaycan məhz bu məqsədləri güdür”, – Ermənistanın baş naziri əlavə edib.

 

“Son hadisələr göstərib ki, Qarabağ ermənilərinin müdafiəyə ehtiyacı var, əks halda onlar soyqırıma məruz qalacaqlar” – Paşinyan məkrlə vurğulayıb.

 

O xatırladıb ki, əvvəllər Ermənistan tərəfi təmas xəttinin, eləcə də tərəflərin onu keçməmək, onun perimetrindən hərbi mövqeləri çıxarmaq və silahsızlaşdırılmış zona yaratmaq öhdəliklərini müəyyənləşdirməyi təklif edib. Bu təklif qəbul edilməyib…

 

Zəruri şərh:

 

Ermənistan baş nazirinin -özü də Azərbaycan dövlət başçısı ilə gözlənilən görüş öncəsi- Qarabağdakı ermənilərin guya Azərbaycan tərəfindən soyqırımına məruz qalacağı haqda danışmağa heç bir əsası, hüquqi və mənəvi haqqı yoxdur. Çünki əvvəla, XX əsrin əvvəllərindən erməni terror təşkilatları və sonradan Ermənistan terrorçu dövləti  tərəfindən bəri qətliam, soyqırımı və deportasiyalara məruz qalan Azərbaycan müsəlmanları və türkləri olub. İkincisi isə Azərbaycan bütün keçmiş rəhbərləri ilə bərabər hazırkı dövlət başçısı dəfələrlə bəyan edib ki, Qarabağda sovet dövründən bəri qanuni məskunlaşmış ermənilər Azərbaycanın vətəndaşlarıdır və digər vətəndaşlarımızla birgə eyni hüquqa malikdirlər. Üçüncüsü də, bütün dövrlərdə Azərbaycan ordusunun əməliyyatları dinc əhaliyə qarşı yox, işğalçı Ermənistan ordusuna və  separatçı, terrorçu silahlı birləşmələrə  qarşı yönəldilib. Azərbaycanın heç bir siyasi və hərbi rəhbəri, yaxud ordu,birləşmə komandanı   Azərbaycan vətəndaşlığını qəbul edərək dövlətimizin qanunlarıyla yaşamağa razılıq verən dinc mülki ermənilərin torpaqlarımızdan çıxmasını tələb etməyib…

 

Sultan Laçın

 

 

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button