“Onda əmin olduq ki, düşmənin torpaqlarımızı sülh yoluyla geri qaytarmaq niyyəti yoxdur”

“2016-cı il Şanlı aprel döyüşləri Qarabağın işğaldan azad edilməsində ilkin döyüşlər idi. Bu bir sınaq döyüşləriydi. Bizim ordumuz aprel döyüşləriylə sübut etdi ki, torpaqlarımızı geri qaytarmağa gücümüz də, hünərimiz də var”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov bu döyüşlərin böyük qələbəyə aparan yolun başlanğıcı olduğunu bildirib:

 

“Bu döyüşlərimizdə şəhidlər verdik, Allah onlara rəhmət eləsin. Qazilərimiz də var. Ordumuz onda da düşməni ağır itkilərə məruz qoydu. Bununla yanaşı, Lələ təpə yüksəkliyi işğaldan azad edildi. O şəhidlərimiz doğrudan da Qarabağın alınmasının ilk qaranquşlarıydılar. Aprel döyüşlərindən sonra bir daha əmin olduq ki, düşmənin torpaqlarımızı sülh yoluyla geri qaytarmaq niyyəti yoxdur”.   

 

Qeyd edək ki, 4 günlük Şanlı aprel döyüşlərindən 6 il ötür. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button