“Dostu övladının adını Əbdülməcid qoydu…”-Şəhid əsgərimizin anası…

“Aprelin 2-də Əbdülməcidin ildönümü idi, qəbrini ziyarət etdik, dualar oxundu. Özümün bir az səhhətimdə problem olduğu üçün elə də geniş məclis keçirə bilmədik”

 

Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Əbdülməcid Axundovun anası Ceyran xanım deyib. Şəhid əsgərimizin anası övlad itkisinin çox ağır olduğunu bidirib:

“Demişdim torpaqlar işğaldan azad ediləndən sonra ağlamayacam, amma olmur. Övlad itkisi çox ağırdır. Hər yerdə gözüm Əbdülməcidi axtarır. Dostunun oğlu düyaya gəldi və adını Əbdülməcid qoydu. İnşallah mənim də arzumdur ki, nəvəm olsun adını Əbdülməcid qoyum. Aprel döyüşləri bu günki zəfərimizin əsasını qoydu. Bu gün inanıram ki, bütün şəhidlərimizin ruhu şaddır”.

Qeyd edək ki, Əbdülməcid Nadirşah oğlu Axundov 1993-ci il oktyabrın 15-də Sumqayıt şəhərində anadan olub. 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button