“Putin yalan danışır, ukraynalılar ruslarla qardaş xalq deyil”

Qordon Rusiyanı sakinlərinin heç nəyə qadir olmayan “feyk ölkə” adlandırıb

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin rusiyalılarla ukraynalıların bir xalq olması barədə iddiaları həqiqətə uyğun deyil.

 

Moderator.az xəbər verir ki, bunu “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon “Ukrayna 24” telekanalına verdiyi müsahibəsində bəyan edib.

 

O, aparıcının “Rusiyalıların nə zamansa Ukraynaya qarşı təcavüzə görə vaxtilə ikinci dünya müharibəsində Almaniyanın davrandığı kimi tövbə edə bilərmi?” sualına cavabında belə deyib.

 

“Ukrayna Rusiyadan genetik olaraq üz döndərməyib, biz coğrafi olaraq qərbə tərəf yerləşirik və biz, başqayıq. Putin deyəndə ki, ukraynalılarla ruslar eyni xalqdır, yalan danışır. Belaruslar da ruslarla eyni xalq deyil. Bunlar üç müxtəlif xalqlardır. Rusların tövbə etmək qabiliyyəti varmı? Mən buna çox şübhə edirəm”, – Qordon belə deyib.

 

O, hesab edir ki, rusiyalılar “heç nəyə qadir deyil”.

 

“Onlar adam olmağı bacarmır. Onlar yalnız nifrət edə bilir və Ukraynanın təmiz evlərini tərk etmək məcburiyyətində qalanda batırmağı bacarır. Onların bacardıqları budur. Onlar bu dünyaya nə verə bilib ki?”, – jurnalist bəyan edib.

 

Onun sözlərinə görə, Rusiya “feyk ölkədir”, heç nəyə qadir deyil, nəhəng yanacaqdoldurma məntəqəsini xatırladır və yalançı böyüklükdən savayı heç nefti- qazı da, heç nələri yoxdur, yalnız özüdən razılıq böyükdür”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button